Göygöl məktəblərində tədris zəif keçirilir ki, uşaqlar ya liseyə getsin, ya da repititor yanına"

  • 15 dek 2021, 14:26
Göygöl sakini, I Qarabağ qazisi Hüseynov Azay Eldar oğlu yaşadığı Göygöl şəhərində fəaliyyət göstərən məktəblərdə təlim-tədris prosesinin təşkilindən narazıdır. Şikayətçi hesab edir ki, rayonun məktəblərində dərslərin tədrisi bilərəkdən zəif keçirilir, müəllimlər təhsil şöbəsi tərəfindən incidilir, valideyinlər övladlarının savad alması üçün məcburi şəkildə şagirdlərini fərdi repititorlara cəlb edir.
"Demokratik TV"-nin məlumatına görə, Azay Hüseynovu narahat edən ən ciddi məqam kasıb şagirdlərin yaşadığı durumdur. Doğrudan da üzücüdür - Pulu olmayan valideyinlər öz övladlarını repititor yanına necə qoysun?
Azərbaycanda təhsil sferası doğrudan da bərbad günə salınıb, Göygöl rayon məktəblərində də anoloji özbaşınalıq halları, dərsə şagird davamiyyətinin aşağı və tədrisdə keyfiyyətsizliyin mövcud olması danılmazıdır...
Oxşar xəbərlər