Musa Qasımlı: "Daim haqq-ədalətin yanında olmuşam.."

  • 29 noy 2021, 14:42
Yardımlıda milli məclisi təmsil edən millət vəkili Musa Qasımlı ötən gün Demokratik.Az-da yayımlanan müraciətə qısa münasibət bildirib.
Millət vəkili özünün facebook hesabında aşağıdakıları yazıb.
"Əziz dostlar! Son vaxtlar bəzi saytlarda haqqımda verilmiş yazı ilə əlaqədar olaraq bildirirəm ki, mən daim haqq-ədalətin yanında olmuşam, yanındayam və gələcəkdə də  olacağam. Əgər seçicim haqlıdırsa, onu müdaiə etmişəm və edirəm. Haqlı olmayan məmuru müdafiə etməmişəm və edə bilmərəm. Mövqeyim aydın, konkret və birmənalıdır. Bütün media nümayəndələrinə dərin hörmət və ehtiramımı bildirirəm"-sitatın sonu.

Millət vəkili müraciətinə telefon nömrəsini də əlavə edib. Növbəti paylaşımında isə məlum olub ki, o, hazırda Yardımlı rayonundadır, icra hakimiyyəti nümayəndələrilə birlikdə seçiciləri ilə görüşlər keçirir.

Xatırladaq ki, son aylar Yardımlıda baş verən özbaşınalıqlar, sosial-iqtisadi çətinliklər yerli əhalini bezdirib. Seçiciləri dəfələrlə deputat Musa Qasımlını susqunluqda və rayonun problemlərinin həllinə biganəlikdə günahlandıblar. 

Oxşar xəbərlər