Demokratik TV
"Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq" - DEPUTAT
"Ağdam şəhərinin işğaldan azad edilməsi hərbi taktiki baxımdan Ali Baş Komandanın sərkərdəlik bacarığının ən gözəl nümunəsidir".
Bunu Milli Məclisin komitə sədri Sadiq Qurbanov Ağdamın işğaldan azad olunmasının ildönümü ilə əlaqədar açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, ermənilər 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad edilməsi məqsədi ilə başlatdığı əks həmlə əməliyyatının əsasən Ağdam istiqamətindən olacağını və burada Azərbaycan Ordusunu ciddi itkilərə məruz qoyacaqlarını düşünürdülər. "Lakin hərbi əməliyyatlara rəhbərlik edən Ali Baş Komandan hərbi manevr edərək hərbi əməliyyatların digər istiqamətlərdən davam etdirilməsi tapşırığını verdi. Nəticədə, Ağdamın işğal altında olan hissəsini ermənilər döyüşsüz tərk etmək məcburiyyətində qaldılar. Ağdam ərazisi işğaldan azad edildikdən sonra Ermənistan tərəfinin təmas xəttində 5 mərhələli istehkam qurduqları məlum oldu. Bu “keçilməz” istehkam xətlərini gördükdən sonra Ali Baş Komandanın düzgün hərbi taktika yeritdiyinin bir daha şahidi olduq. Düzgün hərbi taktika nəticəsində Azərbaycan Ordusunun itkilərinin minimuma endirilməsi mümkün olmuşdur".
![]()
Deputat xatırladır ki, Ağdam Qarabağın ən qədim yaşayış məskənlərindən biridir. İnzibati rayon kimi 1930-cu ildə yaradılıb. Rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıq olduğu üçün vaxtıilə bu ərazilərdə əkinçilik və maldarlıq eyni zamanda inkişaf etmişdir. 23 iyul 1993-cü il tarixində Ağdam ərazisinin yetmiş faizindən çoxu işğala məruz qalmışdır. Yüzə yaxın kəndi işğal olunan Ağdam rayonunun 120 mindən artıq əhalisi məcburu köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Ağdamın işağlından sonra BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işağlçı hərbi birləşmələrinin qeydsiz-şərtsiz ərazidən çıxarılmasına dair 853-cü Qətnamə qəbul edilsə də, həmin sənəd 30 ilə yaxın icra edilmədən yalnız kağız üzərində qaldı. Yalnız Azərbaycan xalqı öz iradəsi və gücü hesabına tarixi ədaləti bərpa etməyə nail oldu.
"Ağdam şəhəri işğaldan azad edildikdən sonra beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, jurnalistlərin və diplomatların səfərləri təşkil olundu. Səfər zamanı qədim tarixə və füsunkar gözəlliyə malik Ağdam şəhərinin yerlə yeksan edidiyi ərazidə flora və faunanın məhv edildiyi, tikililərin dağıdıldığı, sökülüb talan edildiyinin şahidi oldular. Şübhəsiz ki, işğaldan azad olnmuş Ağdam şəhərinə Müzəffər Ali Baş Komandanın və Birinci xanım Mehriban Əliyevanın 23 noyabr 2020-ci il, 28 may 2021-ci il tarixli səfərləri digər işğal olunmuş ərazilərimizlə bərabər bu əraziyə olan diqqətin təzahürüdür. Sonuncu səfər zamanı ictimaiyyətə təqdim olunan Ağdam şəhərinin Baş Planı onun əvvəlki şöhrətinin qaytarılacağına əminlik yaradır", - deputat əlavə edib.