Qubadakı "CLUB 480" klubunun sahibi : "Bizim fəaliyyətimiz əxlaqa və qanunvericiyə uyğundur"

  • 29 okt 2021, 16:29
Quba-Xaçmaz yolunun üzərində yerləşən “CLUB-480” adı ilə tanınan obyektin sahibi Binyətəliyev Ramin Əmrulla oğlu 25 iyul 2021-ci il tarixdə "Demokratik.Az"-da yayımlanmış xəbərə münasibət bildirib. Sahibkar "Quba-Xaçmaz yolundakı "CLUB 480" əxlaqsızlıq yuvası kimi fəaliyyətdədir - ŞİKAYƏT" başlıqlı xəbərdə yazılanların həqiqət olmadığını, əxlaqsızlıq yuvası kimi deyil, normal iaşə obyekti olaraq fəaliyyət göstərdiklərini bildirir.
Sahibkar təkzib mətnində yazır:
"Salam . Mən sizə Quba rayonundan yazıram. Saytınızdakı məlum xəbərdə mənim obyektimin adına xələl gətirən insanların maraqları yer alıb. Orada qeyd edilənlər əsassızdır və şkayət heç bir həqiqəti eks etdirmir.
Hazırda mənim obyektimdə 3 xanım ofisiant işləyir ki, onlar da kafenin zəruri işlərini görürlər. Yazıblar ki, kafemizin yaxınlığinda park var, hansı ki, o da yalandır. Kafe əsasən çayci kimi fəaliyət göstərir. Bizə bu şəri atan adamları hüquq mühafizə orqanlarına da şikayət edəcəyik. Hesab edirəm ki, xəbəri yayan vətəndaş Əliqulu Babayev qanun qarşısında cavab verməlidir.
Obyektimizdə hec bir qanun pozuntusu yoxdur və xəbərdə qeyd edilənləri qəbul etmirik və qətiyyətlə təkzib  edirik!
Hömətlə; Binyətəliyev Ramin Əmrulla oglu". 

Xatırladaq ki, saytımızda Əliqulu Babayevin şikayəti əsasında yer alan xəbərdə kafenin yanında park olmasından, məkanın xoşagəlməz fəaliyyətindən insanların parkda istirahət etmək istəklərinin əngəllənməsindən bəhs edilirdi.
Eyni zamanda klubun ətrafında yaşayış binaları da var ki, şikayətçi də daxil olmaqla ətrafda yaşayan sakinlər “CLUB-480”-in fəaliyyətindən bezmələri ifadə edilirdi.

Demokratik.Az olaraq sözügedən xəbərin dərcinin ardından DİN-in ünvanına müvafiq çağırış da edilib. Media orqanı olaraq həmin klubun fəaliyyətinin araşdırılması təbii ki, bizim işimiz deyil.

İnanırıq ki, sözügedən “CLUB-480” adlı obyektin sahibi və adıkeçən şikayətçi saytımızın obyektiv media mövqeyinə sayğılı davranacaq.

Demokratik.Az
Oxşar xəbərlər