Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

  • 13 sen 2021, 10:29
El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum.

Demokratik.Az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, dördüncü dalğanın uzun müddət davam etməsinin səbəblərini belə izah edib: “Mənim proqnozumla dördüncü dalğa bu günlərdə bitməli idi. Deltanın dalğası nisbətən uzun çəkir, çünki sürətlidir, yanından keçən adama da yoluxa bilir. Ailədəkilər də tez yoluxur. Amma nə qədər sürətli olsa da, hər dalğanın müəyyən müddəti var, o müddəti keçə bilməz.
Tezliklə bitəcək. Qorunma tədbirlərini hamı bilir. Bir az ciddi yanaşsanız, tezliklə yoluxma sayında kəskin enmənin şahidi olacağıq”.
Oxşar xəbərlər