Demokratik TV
Xəbər lenti
Əli Həsənov qızının işdən çıxarılmasından danışıb
- 26 avq 2021, 20:01
Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən azad edilməsi haqda məlumat yayılıb. Ə. Həsənov sözügedən xəbərə münasibət bildirib.
Bu barədə Bakupost.az-a danışan Prezidenin sabiq köməkçisi bildirib ki, o, xaricdə təhsil almaq məqsədilə, öz ərizəsi əsasında işdən azad olunub:
"Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.
Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.
Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ramiz Mehdiyev və Əli Həsənov kafedra müdirliyindən uzaqlaşdırıldılar
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Vilyam Hacıyevin prokuror oğlu işdən çıxarıldı
ADNSU Hüseynbala Mirələmovu kafedra müdirliyindən qovdu
Əli Həsənov danışdı - Tezliklə Azərbaycana qayıdacağını bəyan etdi
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Baş prokuror Namiq Məmmədovu işdən çıxartdı
Yeni Təhsil naziri Emin Əmrullayev kimdir?
Xaricdə təhsillə bağlı YENİLİK
Əli Həsənov barədə rəsmi AÇIQLAMA yayıldı - qaçdığına dair şübhələr təsdiqləndi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti