Nəcməddin Sadıqov ölkədən necə çıxa bilib? – Polkovnik

  • 23 mart 2021, 22:47
Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etdiyi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.
Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.
“General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:
“Nəcməddin Sadıqov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.
Oxşar xəbərlər