Yekə-yekə danışmağın sonunda xırda-xırda hıçqırmaq da varmış...

  • 14 noy 2020, 20:13
İnsan gərək heç vaxt başından böyük danışmasın, heç kimə hədə-qorxu gəlməsin. Sonra çarx dönür, adam özü ağlar gündə, kənardan baxanlar üçün isə gülünc vəziyyətdə qalır.
Bu cür işlərin ən ibrətamizi Zakaryanın başına gəlib. 
 
Aşağıda baxdığınız video iki hissədən ibarətdir. Birinci hissədə Aşot Zakaryan adlı şəxs 2016-cı ilin aprel ayında Füzuli rayonunda yol lövhələrinin önündə durub yekə-yekə danışır, deyir, Füzuli və Ağdam bizimdir, əgər dinc durmasanız, yəni müharibə etmək istəsəniz, gəlib Bakını da alacağıq. 
 
Videonun ikinci hissəsində isə Aşot bütün soydaşları kimi gözü yaşlıdır, 44 günlük müharibədə darmadağın edilən "yenilməz ordu"larının qalıqları Kəlbəcərdən və başqa işğal olunmuş rayonlardan çıxır, odur ki, bunun Kəlbəcərdə inşa etdiyi restoran artıq həm müştərisiz, həm də sahibsiz qalacaq. Ona görə də 4 il əvvəl yekə-yekə danışan Zakaryan xırda-xırda hıçqıraraq ağlayır. 
Oxşar xəbərlər