Kəlbəcərin sabiq təhsil müdiri: "İlham Əliyev son 200 ilin ən şanlı tarixini yazır!"

  • 04 noy 2020, 11:45

"Prezident İlham Əliyev son iki yüz ilin ən şanlı tarixini yazır. Azərbaycan xalqının son əsrlik tarixində ilk dəfədir ki, biz öz torpaqlarımızı erməni işğalçılarından azad edirik. Biz bunu mərhum Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevin uğurlu siyasətinə borcluyuq. İndi dünyanın hər yerində Azərbaycan dəstəklənir. Qardaş Türkiyə və Pakistan olmaqla ölkəmizin qələbə yürüşü bütün türk dünyasını sevindirir. Hamı öz prezidenti ilə fəxr edir. Təklif edərdim ki, bu müharibə qələbəsi münasibətilə əziz prezidentimiz İlham Əliyevə generalissimus hərbi rütbəsi verilsin, mərhum Heydər Əliyevin şəkli üzərində əks olunan pul əskinasları tədavülə buraxılsın. Prezident seçkiləri də ləğv edilsin, prezident İlham Əliyev həmişəlik prezident olsun!.."

Bu sözləri öz videomüraciətində Kəlbəcər rayonunun sabiq təhsil müdiri Məhəmməd Bağırov deyib.

Onun bildirdiyinə görə, tezliklə öz doğma Kəlbəcər rayonu da bütün torpaqlarımız kimi işğaldan azad ediləcək və zəfərimiz bütün xalq üçün unudulmaz tarixi yaddaşa çevriləcək.  

"Demokratik.Az" sabiq təhsil müdirinin videomüraciətini olduğu kimi diqqətinizə çatdırırıq.

Oxşar xəbərlər