DGK-nın sabiq əməkdaşı vəkil qiyafəsində Səfər Mehdiyevin müdafiəsinə qalxdı - CAVABI

  • 19 may 2020, 10:24
Tanınmış vəkil Ceyhun Yusifov Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni bölgədən olması barədə "Meydan TV" rəhbəri Həbib Müntəzirə istinadən "Demokratik.Az" saytının dərc etdiyi siyahıya münasibət bildirib.

ŞOK SİYAHI: DGK-nın bütün vəzifəliləri Naxçıvanlılardır - təsadüf ya zərurət?

Ceyhun Yusifov qısa açıqlamasında "Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin fəaliyyəti bütün qurumlar üçün nümunə olmalıdır. Dövlət Gömrük Komitəsi bəlkədə yeganə orqandır ki, rüşvətin, korrupsiyanın kökü tam kəsilib. Qaldı kadırların regional bağlılığına, o yanaşma da hesab edirəm ki, obyektiv deyil. Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur. Amma hazırki nümunəvi kadırların regional kimliyini araşdırıb, nə vaxtsa korrupsiyanın tuğyan etdiyi və düzələcəyinədə heç kəsin inanmadığı bir orqanı tam şəffaf quruma çevirən bu şəxslərin fəaliyyətini kölgə altına almaq əz azı insafsızlıqdır. Onu da sonda xatırlamağı özümə borc bilirəm ki, bir müddət əvvəl şəxsən Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin KİV-nümayəndələrinə "bu qurumda kimliyindən asılı olmayaraq kiminsə bir manat belə rüşvət alsa, bunun məsulyətini daşımağa tam hazıram" deyə açıq bəyanat vermişdi. İndi siz deyin, hansı Nazir və ya Mərkəzi icra hakimiyyətinin rəhbəri bunu KİV-qarşısında təkrar edə bilər? İndi siz araşdırın, bəlkə rastlaşdınız"-deyə, dostluq ifadə etdiyi jurnalist Vasif Həsənliyə bildirib. 
Şəkildəki: Ceyhun Yusifov
Açıqlamadan aydın olur ki, sözügedən vəkil sadəcə olaraq vəkillik qiyafəsində DGK-nin sədri Səfər Mehdiyevin müdafiəsinə qalxıb və yayılan siyahının doğruluğu onu da narahat edir. İfadə etdikləri isə, sanki media orqanlarını Gömrük Komitəsinə qarşı nəzarətçilik missiyasından daşındırmaqdır.
Demokratik.Az-ın əldə etdiyi məlumata görə, adıkeçən vəlikin özü 2005-2008-ci illərdə DGK-də istintaq şöbəsinin rəisi olub ki, hazırki təəssübkeşliyi başadüşüləndir. Lakin, həm vəkilə, eləcə də mövzu ətrafında spekulyasiya edən bəzi saytlara xatırlatmalıyıq ki;
"Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Və bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu forma çalışması qəti qadağan və yolverilməzdir".
Vəkilin və anlaqsızlıq edən bəzi həmkarlarımızın diqqətinə çatdıraq ki, siyahını yaymaqda məqsədimiz heç də hansısa regionçuluğu qabartmaq deyil, məhz qohum həmkəndlilərin və həmyerlilərin tabeli şəkildə pullu bir dövlət qurumunda uzun illər çalışmasını, bunun məhz qanunla yolverilməz olduğunu ifadə etməkdir. 
Azərbaycanda “Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanunun hələ də qəbul edilməməsi oxşar neqativlərin nümunəsini artırmaqdadır.
Yaxşı olardı ki, tanınmış vəkil müdafi cəbhəsini seçərkən qanunların aliliyini unutmasın, DGK-nın timsalında Azərbaycanda korrupsiyaya qarşı mübarizədə dövlətçilik və xalq missiyasına sədaqətini daha səmimi, daha inandırıcı tezislərlə ifadə etsin!
Osman Nərimanoğlu
Demokratik.Az 
Oxşar xəbərlər