Xəbər lenti
Bütün xəbərlər

Həbs olunan generalın rütbəsi alına bilər – Fərəc Quliyev

  • 15 may 2020, 21:00
Dövlət Sərhəd Xidmətinin həbs olunan rəis müavini general-leytenant Əfqan Nağıyevin rütbəsi alına bilər.
Demokratik.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Fərəc Quliyev deyib.
Onun fikrincə, kompleks tədbirlər görüləndə korrupsiyaya qarşı mübarizə mütləqdir:
"Bunu aradan qaldırmadan digər islahatların uğur qazanacağı şübhə doğurur. Çünki islahatları aparanlar yerlərdəki kadrlardır. İcra başçıları pandemiya dövründə imkansız adamlara ayrılan vəsaitə göz dikibsə, yaxud da Mədəniyyət Nazirliyinin əməkdaşları İrəvan Teatrının təmiri üçün ayrılan vəsaitdən yüz mindən çox "şapka” götürmək istəyiblərsə, ona görə aparılan tədbirlər çox normaldır. Burada bir məmura, eyni zamanda bir generala qarşı tədbir görülürsə, bu o deməkdir ki, hamı qanun qarşısında cavabdehdir və heç kimə güzəşt olunmayacaq”.
Fərəc Quliyev hesab edir ki, Sərhəd Xidməti Qoşunlarında aparılan əməliyyatdan sonra cəzanın səviyyəsi törədilmiş cinayətin müqabilində olacaq: 
"Buna məhkəmə qərar verəcək. Hələlik məhkəmənin hökmü olmadığından o haqda bir fikir deyə bilmərik. Amma hansı səviyyədə cinayət törədilibsə, ona uyun cəza olacaq. Ola bilər ki, rütbələri də alınsın”.
Qeyd edək ki, iki gün öncə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Əməliyyat zamanı  DSX-nın rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nın yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Oxşar xəbərlər