İbadulla Ağayev danışdı: "Ölkəmizdə epidemioloji sabitlikdir"

  • 28 apr 2020, 15:45
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev "Demokratik.Az"-a ölkədəki pandemik durumla bağlı sevindirici açıqlama verib. O, bildirib ki, hazırda ölkə üzrə koronavirusun yayılması müşahidə edilmir, tam sabitlik hökm sürür.
Baş epidemioloqun sözlərinə görə, xoş nəticə ölkə başçısının və Nazirlər Kabinetinin diqqəti və həssas qayğısı sayəsində baş verib. Əhalinin bu kimi hallardan qorunması üçün bütün prafilaktik tədbirlər yüksək səviyyədə görülüb. Bundan başqa, əhalinin özü də koronavirus pandemiyasına qarşı mart ayından etibarən start götürən və xüsusi karantin rejimi ilə müşayət olunan önləyici tədbirlərə, tövsiyyə və tapşırıqlara riayyət etməklə yoluxma risqini heçə endirə bilib.
Baş epidemioloq hesab edir ki, dünyanın aparıcı ölkələrilə müqayisədə Azərbaycan özünü "görünməyən düşmən"ə qarşı uğurla izolyasiya edə bilib. Hazırki statistik göstəricilər dünyanın özündə - Xüsusilə qonşu İran, Çin, İtaliya, İspaniya və ABŞ-da koronavirusa yoluxmanın azaldığını, getdikcə aradan qalxdığını deyir. Və bəzi dünya dövlətləri pandemiya ilə mübarizə yollarını tətbiq edərkən Azərbaycandakı uğurlu inzibati metodların tətbiqini mümkün sayır. 
"Hesab edirəm ki, biz koronavirusla savaşda artıq qələbə qazanmışıq. Bu olduqca sevindirici haldır, xalqımıza ancaq sağlam olmağı, viruslara yoluxmamağı arzu edirəm!"-deyə, İbadulla Ağayev saytımıza bildirib.
Epidemioloq ötən gün bir sıra xəbər saytlarında, eləcə də "Demokratik.Az"-da yayımlanan ''Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur'' sərlövhəli xəbərə də sərt reaksiya bildirib. O xatırladıb ki, həmin açıqlama "Report.az" saytında 25 fevral tarixində tirajlanıb və xəbərin təkrarən yeni xəbər kimi yayılması məqsədəuyğun deyil. Çünki, geniş oxucu auditoriyanın diqqətini çəkmiş açıqlama müəyyən çaşqınlığa, yanlış rəylərə səbəb olmuşdur. Hansı ki, epidemioloqun dedikləri fevral ayına olan statistik göstəriciləri və ölkədəki köhnə epidemioloji həddi özündə əks etdirdiyindən, sonrakı və hazırki real vəziyyəti inkara bənzəmişdir. Yəni, bu açıqlama şəraitə uyğun olaraq öz aktuallığını itirib və koronavirusa münasibətdə Ağayevin açıqlamasından sonrakı rəsmi bilgilərə münasibətini əks etdirmir.
Sevindirici haldır ki, baş epidemioloqumuzun öncəki və indiki açıqlaması koronavirus infeksiyasına qarşı Azərbaycan xalqına nikbin mesajlar verir.
Demokratik.Az
Oxşar xəbərlər