Baloğlan Əşrəfov: “Mübariz mənim içimdə, canımda, həyatımdadır ”

  • 16 mart 2020, 20:53

Mübariz Mənsimovun həbsinə susqunluğu ilə tənqid hədəfi olan Baloğlan Əşrəfov sərt danışıb: “Ana-bacı, qız-gəlinlərinin dərdini çəksinlər”

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov ötən gün Türkiyədə Fətullah Gülənlə bağlı aparılan istintaq işi çərçivəsində saxlanılıb.
Bundan dərhal sonra bir sıra şəxslər məsələyə reaksiya verib. Lakin Mübariz Mənsimovla çox yaxın münasibəti olan, azərbaycanlı iş adamının ağır xəstəlikdən müalicə etdirdiyi Əməkdar artist Baloğlan Əşrəfovun gün ərzində heç bir fikir bildirməməsi onu qınaq obyektinə çevirib.
Bir neçə il əvvəl qaraciyər serrozundan əziyyət çəkən Baloğlan Əşrəfovu 2007-ci ildə Mübariz Mənsimov əməliyyat etdirib.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Baloğlan Əşrəfov sosial şəbəkələrdə onun əleyhinə nalayiq sözlər yazanları “tərbiyəsiz adamlar” adlandırıb və bildirib ki, Mübariz Mənsimovun ailəsi ilə hər dəqiqə əlaqə saxlayır:
“Onların məndən, mənim işimdən xəbərləri yoxdur. Mən o ailənin bir üzvüyəm. Tərbiyəsiz adamlardır ki, ağızlarına gələni yazırlar. Mən nə iş görürəmsə, onlara məlumatmı verməliyəm? Gedib öz ailələrinin, ana-bacı, qız-gəlinlərinin dərdini çəksinlər. Mənə kobud söz deyənlər ölüb yerə girsinlər, ayıb olsun. Mübariz Mənsimovun həyatında, işində nə baş veribsə, mən də onlarlayam, onun qardaşları, qohum-əqrəbaları ilə birlikdəyəm. Mən Mübarizin yanındayam. Tərbiyəsiz adamlarıdır ki, o cür sözlər yazırlar. Mən onun qardaşı, bacısı, ata-anası, bütün ailə üzvləri ilə əlaqə saxlamışam. Mən mətbuat üçün işləmirəm axı... O adamlar bizim azərbaycanlılardır ki, sağ olsunlar, maraqlanırlar, mən isə o ailənin üzvüyəm. Ağzına gələni danışanlar bilmirlər ki, mən o ailənin üzvüyəm. Mən bu işdə onlarla birgə nəfəs alıb- verirəm. Mən bu adamları başa düşmürəm, atamın qəbrinə and olsun ki, bu adamların ailələrində problem var”.
Baloğlan Əşrəfov qeyd edib ki, Mənsimovun vəziyyəti hələlik eynidir:
“Mübariz mənim içimdə, canımda, həyatımdadır. Hələ vəziyyət eynidir, inşallah, yaxşı olacaq. Biz o xəbəri elə vaxt eşitdik ki, artıq heç nə edə bilmədik. Sadəcə internet vasitəsilə görüntülü danışırıq. Məhkəmə haqqında heç nə bilinmir, işlər gedir. Çox dəhşətli bir məsələdir. Bütün mübarizsevərlər, hətta rəhbər vəzifədə işləyənlərə qədər hamı bilir ki, Mübarizə böhtan atılıb. Bu, Mübariz bəyə atılmış böhrandır və bu böhranın dərin kökləri var”. /Cebhe.info/ 
Oxşar xəbərlər