Xəbər lenti
Bütün xəbərlər

"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."

  • 17 okt 2019, 15:50
Prezident İlham Əliyev  oktyabrln 15-də iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışı zamanı. kifayət qədər sensasion bəyanatlar və bir sıra mühüm mesajlar verib. Onlarn arasında islahatların davam edəcəyi və həyata keçirilən islahatların  kadr islahatları ilə müşayət olunacağı və islahatlara mane olanlarla yollarn ayrılacağı  barədə mesajı  daha çox diqqət çəkir. Həmin mesajlar  müasir dövrün risk və çağırışları baxımından tamamailə  məntiqidir...İstər qlobal,istərsə də ayrıca ölkə baxımından iqtisadiyyat onun qanunauyğunluqları ilə  "üsgük oyunu” oynayılmasını sevmir və gec-tez mütləq cəzalandırır.Hazırda dünyada gedən proseslər dünya iqtisadiyyatını artıq belə bir təhlükəyə sürükləməkdədir...  Ona görə də qlobal iqtisadiyyat sahəsində baş verən ziddiyyətli meyllər və   qarşıdırmalar mütləq qarşıdakı illərdə dünya iqtisadiyyatında ciddi problemlərə və dəyişikliklərə gətirib çıxaracaq. Bununla əlaqədar olaraq Azərbaycanda başlanan islahatlarda, ortamüddətli perspektivdə dünya təsərrüfat sisteminin simasını müəyyən edəcək, bəlkə də dizaynını dəyişdirəcək əsas trendləri nəzərə almaqla çevik dəyişikliklər etməyi bacarmaq   mühüm çağırışa çevrilib. Həmin risk və çağırışlar iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativliyinin və kreativliyinin artırılmasını, dövlətin iqtisadiyyatdakı rolunun,eləcə də  idarəetmə sisteminin təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılmasını, korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarının və bunlardan doğan çoxsaylı neqativlərin aradan qaldırılması istiqamətində başlanan işlərin genişləndirilməsi və sürətləndirilməsini, biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılmasını,struktur islahatları vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması  tələb edir.Sözügedən həmin taleyüklü  və mürəkkəb məsələni isə köhnə təfəkküürlü və  yalnız öz maraqlarını güdən kadrlarla həll etmək mümkünsüzdür....Ona görə də islahataların sürətlənməsi və nəticəliliyinin artması üçün  Prezidentin mesajlarnda deyilənlər      çox zəruri və düzgün yanaşmadır. Müşavirədə deyildiyi kimi, "biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?” Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Düzdür,idarəetmə sisteminin səmərəliliyini artırmadan ötrü çox şey tələb olunur,amma həm də  yeni abı-hava,yeni nəfəs də gətirilməlir.       
Azərbaycan  öz inkişafının yeni mərhələsinə keçir  və Prezident seçkilərindən sonra yeni mərhələnin tələblərinə uyğun da islahatlar hyata keçirilir.islahatar  şəffaflığın, məsuliyyətin, fəaliyyətə görə cavabdehliyin artırılmasına,xalqa xidmət işinin yaxşılaşdırılmasına yönəlib. Bu cür anlayışlar kimə yaddırsa,təbii ki,islahatların genişlənməsini və dərinləşməsini istəmir.  Ona görə də vəzifədə olanların bir hissəsi açıq və gizli formalarda bu islahatlara mane olacaqlar ki, vəzifəyə gətirilən yeni kadrların  gördükləri işlərin  səmərəsiz olduğu  təəssüratı yaransın... Bununla bağlı Prezident müşavirədə açıq mətnlə bildirdi ki:"bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər.... Bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir.”    
Təbii ki, bu deyilənlər bütün köhnə kadrlara şamil edilmir.Ona görə də  biz bu məsələyə dair statik surətdə götürülməklə köhnə və yeni kadrlar kontekstindən yox, fikirdə, sözdə və işdə xalqına xidmət edən dəyərli kadrlar kontekstindən yanaşmaqla mülahizələrimiz bildiririk. Məhz bəd əmlləri ictimayiyytə yaxşı bəlli olan məlum kadrlar islahatlara meylli deyillər və islahatları gözdən salmaq istyirlər ki,  oturduğu kreslonu əyri yollarla sərvətə  konvertasiya etməkdə davam edə bilsinlər. Ona görə də Prezident  müşavirədə bildirdi ki: "hakimiyyətin içərisində islahatlara qarşı çıxış edənlər var...”Kim ki, altdan-altdan işimizə mane olmaq istəyir, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik".Hazırkı şəraitdə islahatları genişləndirmək,dərinləşdirmək və  nəticələrini yaxşılaşdırmaqdan ötrü bu çox zəruri şərtdir və  sistemli şəkildə həyat keçirilməlidir. Bu həm də korrupsiyadan, monopoliyadan, məmur özbaşınalıqlarında  təngə gəlmiş və aparılan islahatlardan öz həyat səviyyəsinin yaxşılaşacağı ümüidi ilə yaşamağa başlayan insanların istəyidir. 
         
Hazırda həm istehsalın inkişafına yönəlik islahatlar aparılır, maliyyə sektorunda addımlar atılır, həm də 4,2 milyon insanı əhatə edən sosial paket həyata keçirilir. Bu işlri  əhatəli və səmərəli şəkildə reallaşdırmaq üçün tələb olunan şərtlərdən biri idarəetmənin təşkilati quruluşunu təkmilləşdirmək, həm onun çeviklik və effektliliyini təmin etmək, həm də kadr islahatları ilə müşahidə olunan şəkildə addımlar atmaqdır. Bu mənada bir sıra qurumlar üzrə kadr islahatları aparılıb,gənc kadrlar irəli çəkilb. Son illlərdə həyat keçirilən işlərin məntiqi tələb edir ki, kadr islahatları prosesi daha da sürətlənməlidir. Yeni mərhələdə islahatların səmərəliliyini artırmaq, görülən işlərdən monopoliyaların yox,  xalqın daha çox fayda götürməsi üçün müasir dövrün tələblərindən baş çıxaran, dünyada gedən proseslərin, risk və təhlükələrin  təhlili əsasında aparılan siyasətdə korrektələr etməyi bacaran, üstəlik, əli təmiz vəfikirdə, sözdə və əməldə  öz xalqına bağlı olan dövlətçilik təfəkkürlü, şəriştəli  insanların vəzifəyə gətirilməsi çox vacibdir.
Hazırkı rellıqlar  şəraitində hətta aksioma  kimi görünən  məsələrə belə yenidən baxmaq,islahatların gedişinə və sürətinə mane olan sterotipləri sındarmaq,ziyanlı vərdişləri aradan qaldırmaqdan ötrü də digər məlum şərtlərlə yanaşı  həm də iradə ortaya qoyub  islahatları  dərinləşdirmək, korrupsiyadan uzaq, təmiz,müasir təfəkkürəmalik yüksək dünyagörüşlü insanların görəvə gətirilməsi də çox vacibdir. Bu iqtisadi nəticələriizn  Azərbaycanın potensilın auyğun səviyyəyə çatdırılması,mövcud imkanlardan istifadənin səmərəlilyinin artırılması və əhalinin güzərannın nəzərəçarpan dərəcədə davamlı əkildə yaxşılaşdırılması üçün alternativsiz yoldur.Əks halda ın azından yaxın illərdə iqtisadiyyatımız aşağı artım templəri ilə inkişaf trayektoriyasında sürətli artım templləri ilə inkişaf trayektoriyasına keçə bilməyəcək və bir sıra məqamarına görə isə hətta  iqtisadiyyatın səmərəliliyi aşağı da düşə bilər.... Hazırda islahatların yeni mərhələsi insanlarda ümid yaradıb. Bu ümidi doğrultmaq üçün fikirdə, sözdə və əməldə Azərbaycan dövlətçiliyinə xidmət edən, korrupsiyadan uzaq, xalqın və dövlətin maraqlarını fəaliyyətində üstün tutan bacarıqlı kadrlardan daha çox istifadə edilməlidir.Eyni zamanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının, aşkarlıq, şəfffalıq,hesabatlılığın gücləndirilməsi və sair  beynəlxalq praktikada özünü doğruldan üsullardan geniş istifadə etmək lazımdır ki,öz vəzifə mövqeyindən sui istifadə etmək istəyənlərin heç biri buna nail ola bilməsin. Bununla yanaşı həm də islahatlar yolu ilə  elə bir mühüit yaratmaq,elə bir mexanixm işləyib hazırlama və tətbiq etmək lazımdır ki,  kadrlar üçün korpupsiya və rüşvətə görə bunun  müqabilində  qalacağı itgilər daha çox oldun. Hesab edirik ki, Prezidentin müşavirədəki çıxışından sonra kadr islahatları sürıtlənəcək, müasir tələblərə cavab verən kadrlardan istifadənin dairəsinin genişlənəcək və həm də sadaladığımız həmin istiqamətlərdə ciddi addımra atılacaq. Bununla yanaşı həm də islahatlar yolu ilə  elə bir mühüit yaratmaq,elə bir mexanixm işləyib hazırlama və tətbiq etmək lazımdır ki,  kadrlar üçün korpupsiya və rüşvətə görə bunun  müqabilində  qalacağı itgilər daha çox oldun. Başqa yol yoxdur,daha doğrusu,başqa yol- impravizasiya və  geriləmə yoludur....İslahatlar yolu isə  nə qədər ağıryüklü olsada,yeganə sosial iqtisadi tərəqqi yoludur. Ona görə  müşavirədə Prezidentin sərgilədiyi mövqeyi dəstəyirik ki, "ortada iradə var və  islahatları davam etdirmək lazımdır.Çünki hazırkı reallıalar şəraitində islahatların alternativi yoxdur”. Bəli, əsas vəzifə- islahatları davam etdirmək, iqtisadi artımı sürətləndirmək və bu əsasda əhalinin güzaranın yaxşılaşdırılması işin davalı xarakter verməkdir.Bundan ötrü korrupsiya, inhisarçılıq və ondan qaynaqlanaraq ölkənin öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilmiş neqativlərin aradan qaldırılmasına yönələn işlərin səmərəlilyini artırmaq  lazımdır. Bunun magistral yolu islahatları dərinləşdirməkdən və iqtisadiyyatın liberallaşdırılmasından, rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından keçir. Bəli,müşavirədə səsləndirildiyi kimi ”maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır”. Məlumdur ki, bu qəbildən olan islahatlatlar sistemli və davamlı xarakter alıb əhali tərəfindən dəstəklənəndə onun nəticələri həm iqtisadiyyat, həm də əhali üçün daha müsbət olur. İqtisadiyyatın liberallaşdırılmasının sürətləndirilməsi hesabına azad sahibkarlığa və təşəbbüskarlığa hər cür şərait yaradılmalıdır ki, getdikcə daha çox insan özünü və ailəsini öz gücünə, öz imkan və qabiliyyətinə uyğun səviyyədə dolandıra bilsin, əhalinin, kiçik və orta sahibkarların gəlirləri korrupsiyanın və monopoliyanın "yeminə” çevrilməsin,iqtisadiyyatımızın inkişafının sürətlənməsinə, xalqın güzəranın yaxşılaşmasına  yönəlsin.

 

Oxşar xəbərlər