"Onlar kök altındadırlar..." - Milli Məclisin sədri

  • 13 fev 2015, 13:06
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında iqtidar-müxalifət dialoqu ilə fikir mübadiləsi aparılıb.


Deputat Qüdrət Həsənquliyev dialoqu müsbət dəyərləndirib. Onun sözlərinə görə, xarici qüvvələrin əlində oyuncağa çevrilən bəzi siyasi qüvvələr bu görüşün üzərinə kölgə salmağa çalışır:

"Lakin onlar bununla heç nəyə nail olmayacaq. Çünki görüş ölkədə siyasi sistemin, demokratiyanın inkişafına müsbət təsir göstərəcək”.

Spiker Oqtay Əsədov da iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirib:

"Siyasi partiyalar hər zaman dialoqun olması təklifi ilə çıxış edirlər, lakin görüş baş tutduqda müəyyən mənfi fikirlər səsləndirirlər. Qüdrət bəy, siz kölgə-kölgə deyirsiniz, amma onlar kölgə altında deyil, kök altındadırlar. Ona görə də bu görüşlərdə iştirak etmirlər”.

Deputat Fazil Mustafa da görüşü müsbət dəyərləndirərək qeyd edib ki, görüş çox səmərəli oldu və kimlər ki, burada iştirak etmədi, böyük siyasi səhvə yol verdilər.

Deputat İqbal Ağazadə isə əlavə edib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyət ilə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir/azvision.az/.
Oxşar xəbərlər