Xəbər lenti
Bütün xəbərlər

AZAL "Neftçi"dən üstün oldu

  • 31 yan 2015, 19:50

Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları davam edir.

Trend-in məlumatına görə, bu gün AZAL "Neftçi"ni qəbul edib.

Oyuna ev sahibləri fəal başlayıblar. 26-cı dəqiqədə Freddi Mombonqo hesabı açıb - 1:0.

68-ci dəqiqədə Nikolas Kanales "təyyarəçilər"in qapısına təyin olunmuş penalti zərbəsindən dəqiq yararlanaraq hesabı bərabərləşdirib.

AZAL komandasının üstünlüyü ilə keçən oyunun əsas vaxtına artırılmış 2-ci dəqiqədə isə F.Mombonqo dubla imza atıb - 2:1.

Xatırladaq ki, turun ilk oyununda dünən "İnter" və "Sumqayıt" komandaları qarşılaşmışdı - 0:0.

Qeyd edək ki, 19-cu tura bazar günü keçiriləcək "Bakı" - "Qəbələ" və "Simurq" - "Xəzər Lənkəran" oyunları ilə yekun vurulacaq.