Xəbər lenti
Bütün xəbərlər

Türk nazir çaşbaş qaldı (VİDEO)

  • 28 yan 2015, 17:54

Türkiyənin enerji naziri Taner Yıldız "Türk axını” qaz kəmərinin TANAP-a rəqib olmayacağı ilə bağlı bundan əvvəl dəfələrlə səslənən fikirlərini təkzib edib.

ANS TV-nin məlumatına görə, nazir deyib ki, Türk axınının marşrutu müəyyən olunduqdan sonra onunla Trans-Anadolu qaz kəməri arasında sağlam rəqabət başlayacaq. Taner Yıldız bu fikirləri Türkiyənin NTV kanalının canlı efirində səsləndirib. Bu zaman nazir çətin vəziyyətə də düşüb.

Aparıcı ona bir qədər əvvəl "Qazprom" şirkətinin etdiyi açıqlama barəsində sual verərkən məlum olub ki, əslində danışıqların əsas iştirakçısı olan Taner Yıldızın bundan xəbəri yoxdur

.


Oxşar xəbərlər