Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video

  • 19 fev 2019, 10:20

"Yeni Müsavat" qəzetinin redaksiyasında (musavat.com-un) canlı yayımın qonağı olan Mətbuat Şurasının funksioneri Müşviq Ələsgərli və "Xural" qəzetinin sahibi Əvəz Zeynallı debat aparıb. Tərəflər müxtəlif mövzularda mətbuatın bugününü və gələcək perspektivləri müzakirə edib. 

Çıxışlarda qarşılıqlı ittihamlar yer alıb. Mətbuat Şurasının bir sıra media orqanlarına qarşı "vurucu alət" kimi istifadə etdiyi "reket" sözü tərəflərin dilində qarşılıqlı ittihama çevrilib. Əvəz Zeynallı ifadə edib ki, əslində "reket" jurnalistika və ona dəstəyi Mətbuat Şurasında oturanlar icra edir. Tərtib edilən "qara siyahı" isə ucuzdur. 

MŞ-nin şikayətlər komissiyasının sədri isə qurumun mövqeyini dəstəkləməklə, media şəffaflığından, uğurlardan söz açıb. Bir sıra fərdləri problemli hədəf olaraq göstərib.

Azərbaycan leksikonunda, ədəbi dildə və orfoqrafiyada olmayan bu sözün haradan çıxdığı, əslində "reket jurnalistika" ilə kimlərin məşğul olduğu geniş müzakirə olunub. 

Canlı yayımda baş tutan maraqlı debatı əlavə şərh vermədən oxucuların diqqətinə çatdırırıq:


Oxşar xəbərlər