KİVDF-nin son qərarına ETİRAZ EDİRLƏR

  • 03 fev 2019, 18:09
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib. 
Bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər. 
İndiyə qədər isə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilərdi. Başqa sözlə, KİV DF qəzetlərə maliyyə ayrımaq üçün tələbləri iki dəfə yüksəldib. 
Məhz bu tələblərə cavab verməsi real sayılmayan 20-ə qədər qəzetin bu gün elan edilən KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edəcəyi real sayılmır.
Qeyd edək ki, bu gün mətbuatda 20-ə qədər qəzetin bağlanılmasına dair xəbər yayılıb. Həmin qəzetlərin aşağıdakılar olduğu bildirilir: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe”.

Yeni qaydalarla tanışlıqdan məlum olur ki, 2019-cu ilin ikinci rübündən etibarən, yalnız tirajı 5 min nüsxə, satış tirajı isə 2 min nüsxədən az olmayan qəzetlər KİVDF-dən maliyyə yardımı ala biləcəklər.

Xatırladaq ki, indiyədək mövcud olan şərtlərdə hər nömrədə minimum 2500 nüsxə tirajın çapı, 1000 ədəd isə satış və ya abunə yolu ilə yayılması şərti əsas götürülürdü. Baxmayaraq ki, reallıqda maliyyə yardımı alan qəzetlərin əksəriyyəti heç bu kriteriyalara da cavab vermirdilər və xeyli maxinasiyalara yol verilirdi. Bu haqda kifayət qədər faktlar da mövcuddur. 
Bununla belə, qəzetlərin bir çoxunun rəhbəri artıq KİVDF-nin yeni qaydalarından narazılıqlarını ifadə ediblər və yeni qaydaların, əslində, qəzetlərin qapadılması demək olduğunu bildirirlər.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hələlik KİVDF-nin qərarına açıq etiraz edənlərdən biri həftəlik "Reytinq"qəzetinin təsisçisi və baş redaktoru Afiq Mirzəbəyli olub.

Afiq Mirzəbəyli "Yenisabah.az”a danışarkən, KİVDF-nin yeni şərtlərinin sərtliyindən şikayətlənib: "KİVDF-nin qəzetlərin maliyyələşməsi ilə bağlı müəyyənləşdirdiyi yeni şərtlər kifayət qədər sərtdir. Bu şərtlər hazırki qəzet bazarına uyğun deyil. Yəni  Azərbaycanda əksər qəzetlər bu şərtlərə cavab vermir. Bu baxımdan, yeni şərtləri təqdir etmirəm, müsbət qarşılamıram. Və düşünürəm ki, qəzetlərə ciddi problem yaradacaq. 

O ki qaldı "Reytinq” qəzetinə maliyyə ayrılmamasına, özləri bilərlər... KİVDF-dən asılıdır, bu barədə nəsə deyə bilmərəm. Maliyyə ayırmırlarsa, ayırmasınlar. Uzağı, qəzetin fəaliyyətini dayandırıb, onlayn media şəklində işimizə davam edəcəyik. Bizim üçün hər hansı problem yoxdur.  Onsuzda hamı qəzet bazarında vəziyyətin necə olduğunu bilir”.

 

 

 

 

 

 

 

 


Tanınmış jurnalistlərdən "Qaziler.az" saytının rəhbəri, keçmiş döyüşçü Rey Kərimoğlu da özünün facebook səhifəsində KİVDF-nin qərarına etirazını bildirib: 

"Əslində, KİVDF-nin fəaliyyəti dayandırılmalıdır. Azərbaycan Mətbuat Şurası ola-ola bu qurumun yaranmasına ehtiyac yox idi. Belə islahat olmaz. "Şərq", "Reytinq", "Türküstan" qəzetlərinə maliyyənin dayandırılmasına etirazımdır. Vəsaiti azaltmaq olardı, birdəfəlik niyə kəsirsiniz? Bu qəzetlərin heç biri "Kaspi" və "Kaspiy"dən zəif deyil. Qərar dəyişməlidir".


Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bahəddin Həziyev rəhbərlik etdiyi "Bizim Yol" qəzetinin fəaliyyətini dayandırıb.

O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Baş redaktor qeyd edib ki, "Bizim Yol" qəzetinin çap versiyası dayandırılsa da, onlayn versiyada davam edəcəklər.

Oxşar xəbərlər