Təhlükəsizlik xidməti polkovniki Gəncə hadisələri ilə bağlı CANLI YAYINDA

  • 11 iyul 2018, 15:54

Bu gün "Yeni Müsavat” qəzetinin Facebook səhifəsiüzərindən gerçəkləşdirdiyi canlı yayının özəl mövzusu və özəl qonağı sabiq təhlükəsizlik xidməti polkovniki, polotoloq, hazırda Trend informasiya ağentliyinin müdür müavini olan Arzu Nağıyevdir.

Keçmiş və indiki əlaqələri, təcrübəsi və analitik imkanları ona ölkənin ən məlumatlı adamlarından biri statusu qazandırıb. Belə bir kadrla 15.00-da başlayan canlı yayımda Gəncə şəhəri üzərindən Azərbaycanda baş verən təxribatları təhlil edəcəyik.

Polisləri kim və niyə öldürdü? Xəncər tutan əllərə "vur” deyən kimlərdir? Bu hadisələrdə millət amili varmı? Azərbaycanı bundan sonra nələr gözləyir? Təxribatçılar şəhərin baş meydanına necə daxil ola bildilər, onları oraya niyə buraxdılar?

Bu və digər suallarımıza, müzakirələrimizə siz də qoşula bilərsiz. Bunun üçün "Yeni Müsavat"ın Facebook səhifəsinə daxil olub, sözügedən saatda verilişi izləyə, suallarınızı ünvanlaya bilərsiniz.

Oxşar xəbərlər