Mübariz Mənsimov MÜSAHİBƏ verdi və "Buradayam" dedi

  • 11 fev 2018, 12:51

Palmali Şirkətlər Qrupunun təsisçisi Mubariz Mənsimov Qurbanoğlu Türkiyənin "Hürriyet” qəzetinə müsahibə verib.

Demokratik.Az həmin müsahibəni kiçik ixtisarla təqdim edir. 

Mübariz Mənsimov söhbətində biznesindən və hazırda Dünya iqtisadiyyatında baş verən proseslərdən danışıb.

Forbes jurnalının versiyasına görə, Mübariz Mənsimov 2015-ci ildə ilk 500 milyonçu şəxslərdən biri olub. O, Şell, Total, Glencore, BP dünya nəhəngləriylə işlədiyini qeyd edib.

-Sizinlə bu günə qədər çox görüşlərimiz oldu. Son dövrdə hər dəfə "Türkiyədən gedirsinizmi?” – deyə soruşuram…
-Məncə, artıq soruşma. Buradayam. Türkiyəni sevirəm. İşə də davam edirik.

-Dənizçilik sektorunda böyük bir fırtına, böhran baş verdi. Siz turizmə də daxil olmuşdunuz. Hazırda işləriniz nə yerdədir ?
-Əsas işimiz dənizçilik, gəmiçilik, tikinti və maddi-texniki təchizatdır. Limanlarda agentliklərimiz də var. Təkcə öz gəmilərimizlə deyil, icarəyə götürdüyümüz gəmilərlə də nəqliyyat işini həyata keçiririk. "Palmali” qrupu ən böyük donanmalardan birinə sahibdir. Gəmi sayımız daim dəyişir. Hətta "270 gəmimiz var” deyə bilərik, çünki müqavilə bağladığımız, icarəyə götürdüyümüz gəmilərimiz var. Amma özümüzə aid ən az 100 gəmimiz mövcuddur.

– Son dövrdə yeni gəmi aldınız mı?
-Köhnə gəmiləri satıb yeni gəmilər alırıq. 2017-ci ildə 5 yeni gəmi aldıq. Tanker və quru yük gəmiləri yenilənir. İş görərkən yenilənmək də lazımdır.

-Neft qiymətlərinin düşməsi bir çox şirkəti batırdı… Sizdə vəziyyət necədir?
-Bazar dəyişib. Dünya ticarəti də dəyişir. Dənizçilik dövlətə, dövlətlərə bağlı bir sektor deyil. Su harada varsa, orada gəmiçilik də var. Çaylarda belə nəqliyyat işi görürük. Dənizçilyin yeganə rəqibi dəmir yollarıdır. Ən pis zamanda belə, dənizçilik dayanmır. Neft nəqliyyatı da davam edir. Bunun olmaması düşünülə bilməz. Dəfələrlə təbii enerjinin işi bitəcək deyənlər var. Neft sektoru yalnız maşınımızı qoyduğumuz benzin deyil. İşin içində çox böyük kimyəvi materiallar var. Müxtəlif şirkətlərdən tekstilə, kosmetika istehsalına qədər çox fərqli sektorlarda bizim daşıdığımız xammallardan istifadə edilir. Tankerlər həmişə lazım olacaq. Tankerlərə yalnız neft daşımaq vasitəsi kimi baxmaq doğru deyil. Biz bəzən su da daşıyırıq.

-Haraya su daşıyırsınız?
-Fransadan ərəb dövlətlərinə… Qida da daşıyırıq. Yağlar daşıyırıq. Zeytun yağı, palma yağı, gül yağı; hamısını daşıyırıq. Dənizçilik sektoru hər 10 ildən bir çöküş yaşayır. Uzun zamandır böhrandadır bu sektor. Sizinlə daha əvvəl də danışmışdıq; dalğalanma həmişə var. Tələbatdan artıq gəmi istehsal olunub. Tələbat artığı yaranıb, böyüyüb şirkətlər. Baş verənlər də bununla əlaqədardır.

-10 il keçir, demək olar ki, həmin müsahibədən. İndi vəziyyət necədir?
-Bəli, 2018-ci yüksəliş ili olacaq. At ili…

-Bunu nəyə əsaslanaraq deyirsiniz?
-Yeni gəmi sifarişləri vermişik. Hərtərəfli analiz edirik prosesləri. Dünya limanlarındakı ehtiyatların həcmini görürük. Dünyada son 5 ildə inanılmaz səviyyədə, 70 faiz civarında gəmiqayırma işində azalma baş verib. Tankerlərdə də, quru yük gəmilərində də problem yaşandı. Quru yük gəmiləri daha tez böhrana girdi. Amma artıq yenilik rüzgarları əsir. Hava təmizlik sistemlərinin taxılması lazımdır gəmilərə. 2019-2020 kimi hava çirkləndirən gəmilər limanlara daxil olmayacaq. Eurodizel yandırması lazımdır gəmilərin. Bunlar yaxşı göstəricilərdir. Bazar ayağa qalxacaq. Əslində böhranın əsas səbəbi gəmiçilik şirkətlərində gəmilərin artmasıdır. İndi köhnə gəmilər bazardan çıxarılacaq. Yəni problem təkcə neft və neft məhsullarının qiymətinin ucuzlaşması deyildi.

-Nədir dəyişilənlər?
-Boru kəmərləri çıxdı. Keçmişdə biz Qara dənizdən Amerikaya xam neft daşıyırdıq. Amerika 10 milyon barreldən çox nefti xaricə satacaq vəziyyətə gəldi. Ehtiyatlarını açıqladılar. Amma daşınan, dediyim kimi, təkcə neft deyil. Bizim özümüzün mülkiyyətində heç bir zaman 100-dən az gəmi olmadı. Moskva, Malta və Türkiyədə bazalarımız var. Böyük bir donanmadan söhbət gedir.

– Hədəf seçdiyiniz yeni bazarlar varmı?
-Biz Baltik dənizində fəal deyildik, orada fəallaşırıq. Avropada böyük bir donanmamız var, Malta bayraqlı gəmilərdən ibarət olan. Biz Aİ ölkələrində kabotaj səfərləri həyata keçiririk. Dünyada 7-15 tonnajlı gəmilər arasında ən böyük donanma bizdədir. Bu tonnajlı gəmilər Avropada sürətli böyüyür.

"Demokratik.Az"

Oxşar xəbərlər