“Zərdüştlə mən İsa Qəmbərlə Elçibəyə dedik ki, bütün arxivləri açsınlar” - MÜSAHİBƏ

  • 13 noy 2014, 20:27

 

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Modern.az saytına müsahibə verib.

 - Sosial-demokratiyanı ədalətli cəmiyyət modeli hesab edənlər az deyil, amma nənsə Azərbaycan miyyəti üçün bu ideologiya cəlbedici deyil. Azərbaycanda  ASDP-nin sosial bazasının az olmasının səblərini nə ilə izah edərdiniz?

- Biz hər zaman Qərblə Azərbaycanı eyniləşdirməyə çalışırıq. Halbuki Qərbdəki partiyaların, siyasi institutların ən azı 50-60 illik tarixi var. Azərbaycandakı şəraiti Qərblə uyğunlaşdırmaq qeyri-mümkündür. Məsələn, SSRİ dağılandan sonra postsovet məkanındakı respublikalar tutuquşu kimi, hamısı bir şeyi təkrarladı. Konstitusiyalarda bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi müddəası öz əksini tapdı. Amma bir şeyi unutdular ki, seçki və demokratiya ənənəsi olan ABŞ və digər Qərb dövlətləri ilə təzəcə müstəqillik qazanan Gürcüstan, Azərbaycan, Moldova eyni yolu gedə bilməzlər. Bu mənada, Qərblə Azərbaycandakı sosial-demokratiyanı da eyniləşdirmək olmaz. Bəli, boynuma alıram ki, bizim partiya zəifdir. Bunun səbəbləri müxtəlifdir, amma iki amil üzərində dayanmaq istərdim. Birincisi, SSRİ dağılandan sonra bizim rəqiblərimiz sosial-demokratlara qarşı təbliğata başladılar. Onlar bildirdilər ki, Sosial-Demokrat Partiyasının  yaranmasının səbəbi keçmiş kommunistlərin  bura üzv olmasıdır. Tarix göstərdi ki, bu iddialar hamısı yalandır.

Çünki kommunist liderlərdən heç biri sonradan bizim partiyanın üzvü olmadı. SSRİ dağılan ərəfədə mən və qardaşım  Zərdüşt Əlizadə millətçiliyə qarşı çıxanda bizi "KQB”nin adamı adlandırırdılar. Amma özləri dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldilər. Biz iki qardaş  prezident səlahiyyətlərini icra edən İsa Qəmbərə məktub yazdıq ki, "KQB”nin arxivlərini açıb bizim agent olduğumuzu sübut etsinlər. Cavab verildi ki, guya belə bir addım atılarsa, çaxnaşma düşər. Biz isə dedik ki, vallah, iki nəfərə görə çaxnaşma düşməz. Yenə "KQB” arxivlərini açmadılar. Əbülfəz Elçibəy prezident olanda mən və Zərdüşt Əlizadə ona müraciət etdik ki, arxivlərimiz açılsın və bizim necə "mənfur insan olduğumuz, "KQB”yə işləməyimizi görsünlər. Əbülfəz Elçibəy özünəməxsus məntiqlə dedi ki, bu, antidemokratik addım olar: "Sizin arxiviniz açılacaq, hamı görəcək ki, siz kimsiniz. Başqalarının arxivi isə bağlı saxlanacaq və onlar kölgədə qalacaqlar”.

İkincisi, dünyadakı sosial-demokrat partiyalarının dayaq yeri azad həmkarlar ittifaqıdır. Bizim qanunlarımıza görə həmkarların üzvlərinin partiya mənsubiyyəti olmamalıdır. Digər tərəfdən, Azərbaycanda orta sinif yoxdur. Hazırda ASDP işsizlər partiyasıdır. Üzvlərimizin 80 faizdən çoxu işsizdir.

- Tə ikən, Azərbaycan Dövlət Universitetində "Villi Brandtın Dostları Klubunun aktiv iştirakçılarından olmusunuz. Sonralar ASDP-də bu təşkilatın bazası əsasında yarandı. 70-ci illərdəmsil etdiyiniz bu klubun həfləri nən ibarət idi?

- Konred Adenaur Almaniya Federativ Respublikasının kansleri olanda bu ölkə SSRİ üçün xoxan idi. Sonra sosial-demokratlar hakimiyyətə gəldilər və Villi Brandt kansler oldu. Biz tələbələr həmin vaxt dərk etdik ki,  Villi Brandtın sosial-demokratiya ideyaları gözəl perspektivlər vəd edir. Çünki o İkinci Dünya Müharibəsinin nəticələrini tanıdığını elan etdi və faşistlərin yəhudilərə etdiyi zülmlərə görə yəhudilərdən üzr istədi. Bu, klubda təsisçi söhbəti yox idi. Biz  "Şən hazırcavablar klubu”nda və digər yerlərdə fikir mübadiləsi aparırdıq.

- O vaxtlar Azərbaycanda SSRİ-yə qarşı millətçi ideyalar ürindərqərar olan dissident həkatı da başlamışdı. Sosial-demokratiya və millətçilik: Bu sizin üzvü olduğunuz klubla həmin millətçi kəsimi üz-üzə tirirdimi?

- Xeyr, belə şeylər olmayıb. O zaman kommunistlərin ən böyük düşməni həm də sosial-demokratlar idi. SSRİ rəhbərliyi bilsəydi ki, biz sosial-demokratiyanı öyrənirik, sosial-demokrat qrupu yaradırıq, dərimizə saman təpərdilər. Amma "KQB” fəaliyyətimizə maneə törətmədi.

- Bəlkə ona göqibləriniz sizi "KQB”nin adamı hesab edirdilər?

- Yox, buna görə deyildi. Deyirdilər ki, xaricə gedənlər hamısı "KQB”yə işləyir...

- Siz  də Əfqanıstanda tərcüçi işmisiniz...

- Mən oxuduğum Şərqşünaslıq fakültəsində o qədər güclü oxuyan tələbə var idi ki, onları 3-cü kursdan tərcüməçi kimi işləməyə göndərirdilər. Onlar ali təhsillilərdən fərqli olaraq 20 faiz az maaş alırdılar. Mövzudan kənarlaşdıq. Qayıdaq yenə "Villi Brandtın Dostları Klubu”na, bu klub  sonradan dağıldı. Qarabağ münaqişəsi başlayanda xalqı mitinqlərə çıxaran mütəşəkkil qüvvə yox idi. O zaman biz klub üzvləri yenidən zəngləşdik, görüşdük və mitinqləri təşkil etdik. İlk mitinqimiz 1988-ci il mayın 16-da Bakıda oldu. Həmin mitinqə təxminən 3 minə yaxın adam çıxmışdı. O zaman əhali bizi dəstəkləyirdi. Azərbaycanın o vaxtkı rəhbərliyi də həmin mitinqə gəlmişdi. Orada hətta təxribat törədənlər də oldu, az qaldı ki, kütlə mitinqdən kənarlaşsın, amma biz bunun qarşısını aldıq. O zaman Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Süleyman Tatlıyev dedi ki, gəlin Ali Sovetdə toplaşıb, məsələləri müzakirə edək. Biz təklifi qəbul etdik və Ali Sovetin qarşısına gəldik. Camaat da ora toplaşmışdı. Yadımdadır, orada respublika rəhbərliyi  ilə ciddi mübahisəmiz oldu. Mayın 18-də isə çox möhtəşəm bir mitinq keçirdik. Biz həmin mitinqi Nüsrət Kəsəmənlinin aparmasını təklif etdik.

- O dövrdə ermənilərin artıq Qarabağla bağlı iddiaları da bəlli idi, milli azadlıq həkatı başlamışdı, həfləriniz eyni olduğu halda, niyə onlarla eyni mövqedən çıxış etmirdiniz?

- Mən əvvəldən bildirdim ki, onları Qarabağ maraqlandırmır. Onların kim tərəfindən idarə edildiyini və çoxunun "KQB”yə işlədiyini bilirdim. Sonrakı siyasi proseslər təsdiq etdi ki, düşündüklərim doğru imiş.

- 1985-ci ildə Ukraynada həbs edilmisiniz və bunun səbi sovet qoşunlarının Əfqanıstana yeridilməsinə qarşı çıxmanız olub. Siz Brejnevə bununla bağlı 12 səhifəlik arayış yazmısınız. Amma o 1982-ci ildə ölüb. Bu paradoksallığa aydınlıq gətirmənizi istərdik?

- Həmin arayışı 1979-cu ilin dekabrında yazmışam. 1980-ci ildən isə nəzarətdə olmuşam. Hər dəfə məni tutmağa çalışırdılar. Nəhayət, 1985-ci ildə həbs etdilər. Bir il həbsdə qalandan sonra azadlığa çıxdım. Bundan sonra iş tapa bilmirdim, daha doğrusu, iş vermirdilər. O zaman da belə bir şey var idi, altı ay işləməyənləri tüfeylilik maddəsi ilə həbs edə bilərdilər. O yaşımda məcbur oldum futbola qayıtdım. Həm məşqçi, həm də oyunçu idim.

- Hansı futbol klublarında çıxış etmisiniz?

- "Borispol” aviasiya dəstəsi komandasının məşqçisi idim. "Qırmızı ekskavator” zavodunun komandasının tərkibində oynayırdım. Həm də hakimlik edirdim. Bunlardan aldığım məvaciblə ailəmi dolandırırdım.

- Sizin digər qovğanız, AXC zamanında Prezident Aparatında işn Aslan İsmayılovla olub. O, sizi Əkrəm Hümmətovla eyni komandada olmaqda ittiham edirdi. Siz isə deyirsiniz ki, sadə Əkrəm Hümmətovdan Lənkəranda girov götürdüyü polisləri azadlığa buraxmasını xahiş etmisiniz, o da sözünüzü yerə salmayıb. Bu mə ilə bağlı yeni nə deyə bilərsiniz?

- Əfsuslar olsun ki, arxivlər açılmır. Aslan İsmayılovu ilk dəfə 1999-cu ildə bizim partiyada görmüşəm. O, hansısa məsələ ilə bağlı Arzu Abdullayevanın yanına gəlmişdi. Onun harda, necə işləməyindən xəbərim olmayıb. Təkcə onu bilirəm ki, Stavropol əyalətində prokurorluqda işlədiyini fəxrlə deyir. O, əyalət bütünlüklə korrupsiyaya qurşanan bir sistemdən ibarət idi. SSRİ prokurorluq sistemində işləyib təmiz adam olmaq mümkün deyildi. Sovet hüquq-mühafizə orqanlarında nisbətən ədalətli və lap ədalətsiz kadrlar var idi. Mənimlə Ələkrəm Hümmətovun eyni komandada olmağına gəlincə, bəli,  bu belə olub. Amma necə? Buna aydınlıq gətirəcəyəm.  Ələkrəm Hümmətov AXC-ni yaradanlardan və onun İdarə Heyətinin üzvlərindən biri olub. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Ələkrəm Hümmətov həbs olundu və AXC ondan imtina etdi. Mən o zaman Ələkrəm Hümmətovun ictimai vəkili idim. O, həmin məqamda bizim partiyaya üzv yazıldı. Sonradan bizim partiyanın sədr müavini də oldu. Orduya getdikdən sonra ərizə yazıb partiyadan çıxdı.  Qarabağda çox şücaətlə döyüşdü. O zamana qədər, yəni orduya gedənə qədər Ələkrəm Hümmətov bütün məsələləri mənimlə və Zərdüşt Əlizadə ilə müzakirə edirdi. Orduya gedəndən sonra isə Rəhim Qazıyevlə məsləhətləşməyə başladı. Halbuki, o, həmişə Rəhim Qazıyev haqqında mənfi düşüncədə olub.

1993-cü ildə Zərdüşt Əlizadə, mən və Arzu Abdullayeva Lənkəranda partiyamızın konfransında idik. Yaxınlaşıb dedilər ki, polis rəisi Əlövsət Əliyev mənimlə görüşmək istəyir. Dedim ki, istəyir gəlsin. Dedilər, xahiş edir ki, mən gedim yanına. Getdim dedi ki, Ələkrəm Hümmətov iki polis əməkdaşını girov götürüb meşələrə çəkilib. Bildirdi ki, ona təsir edə bilərəmsə, polisləri girovluqdan azad edim. "QAZ 69”a mindirib ünvana çatanda düşürtdülər. Ələkrəmlə görüşdüm və razılıq əldə olundu. Amma dedi ki, polisləri qaytarsa da, onların silahlarını verməyəcək. Başa saldım ki, polislərin silahını da versin, onların da ailəsi var, problem yaran bilər. O da bunu anlayışla qarşıladı və dediyimi yerinə yetirdi.

- Tanınmış jurnalist Eynulla Fətullayev də sosial-demokratların sıralarından çıxıb. Bəs, Eynulla Fətullayev niyərarınıyişib YAP-a keçdi?

- Eynulla Fətullayev ASDP-nin Gənclər Təşkilatının sədri olub. O, əsl sədr olub, sonrakılar hamısı qondarmadır. Eynulla çox istedadlı, aktiv gənc idi. Heydər Əliyev hakimiyyətə gələndə Eynulla Fətullayev düşünürdü ki, YAP sol təmayüllü partiya olacaq. Ona görə gəlib kişi kimi dedi ki, YAP-a keçmək istəyir. Lakin gedəndən sonra gördü ki, hər şey istədiyi kimi alınmır. O, bizim partiyaya qarşı heç bir bəd əməl etməmişdi, ona görə də yenidən ASDP-yə qayıdanda məmnuniyyətlə qarşıladıq. Bundan sonra partiyanın beynəlxalq məsələlər üzrə katibi oldu. Daha sonra qərar verdi ki, jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyir. Eynulla Fətullayevlə indi də münasibətlərimiz normaldır.

- Deyirsiniz ki, Eynulla Fətullayevdən sonra partiyanın Gənclər Təşkilatının sədri vəzifəsinənlər hamısı qondarma olub. Bunu necə anlayaq?

- Partiyamız parçalanan vaxt  Zərdüşt Əlizadə ASDP-dən gedəndə Gənclər Təşkilatının sənədlərini də özü ilə apardı. O vaxt Anar Aslanov Eynulla Fətullayevin müavini idi. Eynulla Fətullayev orduya gedəndə onun vəzifəsi konfrans keçirilənədək müvəqqəti olaraq Anar Aslanova verildi. Həmin vəzifəni o vaxtdan Anar icra edir, 40 yaşı var hələ də Gənclər Təşkilatının sədridir.

- ASDP-dəki parçalanmalardan söz düşmüşn, müəyyən siyasi çəkiyə malik olan Zərdüşt Əlizadə Arzu Abdullayevanın partiyadan getməsinə heç təəssüflənmirsiniz?

- Partiyadan gedən hamı üçün təəssüf hissi keçirmişəm. Arzu Abdullayeva özündən müştəbeh olmuşdu, insanlara yuxarıdan aşağı baxırdı. Partiya üzvləri tələb edirdilər ki, bu davranışına görə Arzu Abdullayeva ASDP-dən getsin. Lakin Zərdüşt Əlizadə onun müdafiəsinə qalxdı. Ömrümün 50 ilini Zərdüşt Əlizadəyə "bəli”,  "baş üstə” demişəm. Amma gördüm ki, Zərdüşt Əlizadə bu məsələdə haqsızdır. Ona görə "yox” dedim. Buna görə məndən incidi. Bundan sonra yollarımız ayrıldı. Zərdüşt Əlizadənin ASDP-dən getməyinə çox heyfsilənirəm. Arzu Abdullayevaya görə isə təəssüf hissi keçirmirəm.

- Zərdüşt Əlizadəni nə vadar edirdi ki, Arzu Abdullayevanın müdafiəsinə qalxırdı?

- Bunu Zərdüşt Əlizadənin özü daha yaxşı bilir, özündən soruşmaq lazımdır. Bəlkə də ona görə ki, neçə il bir yerdə əməkdaşlıq etmişdilər.

- Sizə yaxın olan Ayaz Mütəllibovun prezidentliyi zamanı niyər hansızifə olmadınız? Təklif olmuşdu qəbul etməmişdiniz, yoxsa, ümumiyyətlə sizin hakimiyyətdə olmanızı istəmirdilər?

 - Mən siyasətə vəzifə naminə gəlməmişəm. Həmişə çalışmışam ki, xalqa xidmət edim. Alınıb-alınmaması isə başqa məsələdir. Mən görürdüm ki, Ayaz Mütəllibovun ətrafında çoxlu yaramaz kadrlar var. Bilirdim ki, onların çoxu AXC-yə maddi yardım göstərir. AXC onları uşaq kimi aldatmışdı.

- Ad çə bilərsinizmi?

- Məgər birdir, ikidir? Onların çoxu indi həyatda yoxdur, ona görə ad çəkmək düz olmazdı.  Ayaz Mütəllibova deyirdim ki, onun  komandasında AXC ilə əməkdaşlıq edənlər var. Amma sözümə qulaq asmırdı. Ona görə həmin komandada yer almağın mənası yox idi. Mütəllibovu isə ona görə müdafiə edirdim ki, Azərbaycan onun dövründə demokratiyaya hamilə idi. AXC isə demokratiyanın qarşısını aldı.

- Ayaz Mütəllibov prezident olduğu zaman Dağlıq Qarabağdakı separatçılara qarşı başlatdığı zük adlı əliyyatın uğursuzluğa düçar olmasının səbini AXC-də axtarır. Guya AXC təmsilçiləri Baltikyanı respublikalarda erməni separatçıları ilə danışıqlar aparırlarmış...

- Tofiq Qasımovla Moskvada getmişdim. Mən Sosial-Demokrat Partiyasının üzvü kimi, Tofiq Qasımov da AXC-ni üzvü kimi SSRİ Demokratik Konqresinin rəyasət heyətinin üzvü idik. Orda ermənilər məsələ qaldırdı ki, Qarabağda erməni vətəndaşların hüquqları pozulur. Biz dedik ki, bu haqda məlumatımız yoxdur, Bakıya zəng edib məsələni araşdırarıq. Zərdüşt Əlizadəyə zəng etdim,  bildirdi ki, əməliyyat aparılır və ermənilər deportasiya olunur. Tofiq Qasımov dedi ki, Mütəllibovun böyük bir cinayətə imza atması ilə bağlı AXC adından bəyanat verəcək. O bildirirdi ki, erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqları pozulur və SSRİ rəhbərliyi də buna yardım edir. Mən dedim ki,  erməni silahlı quldur dəstələri Qarabağdan çıxarılır. Hikmət Hacızadə də həmin vaxt Baltikyanı ölkələrin birində, səhv etmirəmsə, Litvada  bəyanat verdi ki, ermənilərin hüquqları pozulur.

- AXC hakimiyyətdə olan zaman ölkə ASDP ilə Milli İstiqlal Partiyası siyasi müxalifətdə idilər. Maraqlıdır, siz müxalifətin  birliyini yaratmağı düşünmüsünüzmü?

- Həmin vaxt belə bir təklif olmayıb, biz də kiminləsə birləşmək istəməmişik. Amma AXC hakimiyyətdən gedəndən sonra Əli Kərimli və İsa Qəmbərlə bir yerdə müzakirələrimiz olurdu. Məsələn, 2000-ci il parlament seçkisini boykot etmək üçün 22 partiya qərar vermişdi. Onlar həmin vaxt bizim partiyanın iqamətgahına gəldilər və sonuncu müzakirələrə başladıq. Mən dedim: "Xəbərdarlıq edirəm, sonuncu dəfə sizinlə bir yerdə otururam və sonuncu dəfə sizinlə bir sənədə imza atıram. Çünki sizdən fərqli olaraq mən kişi sözümə, imzama sadiqəm. Həmişə sizi tənqid etmişəm, hətta təhqir də etmişəm. Bir yerdə olmağımızı istəyirsinizsə, imzanıza sadiq qalın. Həmin gün sənədi imzaladıq. Etibar Məmmədov, Əli Kərimli, İsa Qəmbər də orada idi. Əli Kərimli ilə İsa Qəmbər başda olmaqla hamısı  elə həmin gecə kənara çəkildilər. Bu insanlarla nə iş görmək olardı axı?!

- Açıqlamalarınızdan belənaətə gəlmək olur ki, Surət Hüseynovun Əbülfəz Elçibəyi devirməsinə sevinən, ona məvi dəstək verən şəxs olmusunuz. Vəndaş müharibəsinin başlanmasına necə sevinə bilərdiniz?

- Biz bütün hakimiyyətlərə konstruktiv müxalifətdə olmuşuq. Biz gördük ki, AXC hakimiyyəti kardır, kordur, laldır. Zərdüşt Əlizadəni "Bandotdel”ə apardılar. Sonra bizim partiyaya hücum oldu. AXC üzvləri mənim evimə də hücum etmişdilər, evimə "Molotov” kokteyli atmışdılar. Maşınımı əzmişdilər, özümə güllə atmışdılar. Bundan sonra 1992-ci ilin ya noyabr, ya da dekabr ayında təklif  etdim ki, barışmaz müxalifət mövqeyinə keçirik. İki nəfər – Arzu Abdullayeva və Aypara Əliyev bunun əleyhinə səs verdi. Surət Hüseynovu tanımırdım. Həmin vaxt Moskvaya getmişdim, xəbər gəldi ki, Gəncədə Surət Hüseynov qiyam təşkil edib. Zərdüşt Əlizadə mənə zəng edib təcili Bakıya qayıtmağımı istədi. Zərdüşt Əlizadə Gəncəyə gedib qayıdandan sonra dedi ki, tankla hərbi hissəyə giriblər. Barışmaz müxalifət olduğuma görə rəğbətim kimin tərəfində olmalı idi?! Vətəndaş müharibəsinə zəmini yaradan AXC idi. Onlar artıq dövləti dağıtmışdılar.

Aqşin Kərimov