Əli Nağıyev: “Rəsul Quliyevlə bağlı dediklərimin arxasında dururam”

  • 06 noy 2014, 21:52

"Hər bir sözümə cavabdehəm. Dediyim hər bir kəlmənin arxasında durmağa hazıram. Mən faktlarla danışmışam. Rəsul Quliyev məni necə yalançı adlandıra bilər?!”. 

Bunu Modern.az saytına açıqlamasında YAP-ın qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev deyib.

Onun fikrincə, faktlar ortadadır: "Müsahibədə danışdıqlarım yalan deyil. Allah Heydər Əliyevə rəhmət eləsin! Rəsuldan müsahibə götürən Eldar Sabiroğlu sağdır. Həmin müsahibə "Səs” qəzetində çıxıb. Jurnalist kimi gedib araşdıra bilərsiniz. O, görəsən buna nə deyir?!”

Xatırladaq ki, Modern.az-da "Pəncərə” layihəsinin qonağı olan Əli Nağıyev Milli Məclisin keçmiş spikeri Rəsul Quliyevin vaxtilə YAP-a üzvlüyü məsələsində onun mərhum eks-prezident Heydər Əliyevlə oyun oynamağa çalışdığını vurğulayıb.

Rəsul Quliyev isə Əli Nağıyevə cavabında bunu təkzib edib.

 

 

 

      Demokratik.Az

Oxşar xəbərlər