"Kim kimi harada tutdu, ...” - Deputat açıqladı

  • 09 avq 2017, 14:50


Millət vəkili Fazil Mustafa mobil operatorlarla şirkətlər arasında imzalanmış və abunəçilərin soyulmasıyla nəticələnən "müqavilələr” barədə maraqlı və aktual məsələ qaldırıb.

Milli məclisin deputatı Azercell və Bakcell mobil operatorlarının abunəçilərinə hansısa xidmətə qoşulmadıqları təqdirdə belə 4 rəqəmli nömrələrdən sms-lər gəldiyini, həmin mesajların günlük xərcinin isə 59 qəpik olduğunu deyib. F. Mustafa hesab edir ki,  bu mesajlarla mobil operatorlar milyonlar qazanır: "Azercell və Bakcell nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən sms gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi-cümlətanı 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq üçün xüsusi bir müraciət və s. etmirsən. Zəng vurursan mobil operatora, deyir ki, bu bizim xidmət deyil, filan nömrə ilə əlaqə saxlayın, bu, onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən başqa kimdənsə ala bilməz... Nə isə, zəng vurursan deyilən nömrəyə bir nəfər ya xanım, ya bəy cavab verir ki siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız. Və beləcə hətta xidməti ləğv etmək üçün də əlavə 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı, gözəlim məmləkətimizdə kim-kimi harada tutdu çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir, bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdur. Stop yazıb durdurmağa 2 AZN pul çıxılır”.

Fazil Mustafa vurğulayıb ki, mobil operatorlar bu məsələdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini suçlayır:"Mobil operatorlar deyir ki, bizlik heç nə yoxdur, sözügedən şirkətlər Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər. Məsələ 59 qəpikdə deyil, bu smslərlə 100 minlər oğurlanılaraq qazanılır. Təsəvvür edin ki, bu kimi fəaliyyət göstərən şirkətlər az deyil. Ən sadə yolu etibar qazanmış səhifələrin xəbərlərini oxumaqdır”. 

Deputat mobil operatorların daha bir fırıldağının üstünü açıb: "Bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir, heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, məsrəfimiz çoxdur. Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək, sms vurub qazan doldururlar”.
 
Demokratik.Az
Oxşar xəbərlər