Hafiz Hacıyev: "İlk öncə daxilimizdəki satqınları təmizləməliyik"

  • 07 iyul 2017, 11:00

 

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Füzuli rayonunun Alxanlı kəndinin 2 yaşlı sakini Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirib və müharibənin qaçılmaz olduğunu söyləyib.

"Ölkə.Az"-ın məlumatına görə partiya sədri qeyd edib ki, müharibəyə başlamazdan öncə daxildə təmizləmələrə başlanmalıdır:

2 yaşlı uşaq öldürülüb, bundan böyük terror hadisəsi ola bilərmi? Baş verənlər çox ciddi məsələlərdir. Biz müharibəyə başlamazdan öncə daxili təmizləmələrə başlamalıyıq. Lazım deyil bizə belə demokratiya, belə əmin-amanlıq, hamılıqla hərəkətə keçməliyik. Güclü ordumuz var. Yenə təkrar edirəm, ilk öncə daxilimizdəki satqınları təmizləməliyik. Ölkəmizin hər zaman ayıq-sayıq olan hüquq-mühafizə orqanlarının səyi nəticəsində ordu daxilində olan xəyanətkar şəbəkə ifşa olundu.

Xatırladaq ki, Zəhrayla yanaşı nənəsi də vəfat edib. Həmçinin bir kənd sakini ağır yaralanıb.

Demokratik.Az

 

Oxşar xəbərlər