Rəsulzadə və Elçibəyə “ilişən” deputata daha bir cavab: ““5-ci kolon”a yarınır”
"Araz Əlizadənin vaxtaşırı verdiyi mənasız
müsahibələrdə məhz bu mövzulara ilişməsi təsadüfi sayıla bilməz.Onu Rusiyanın
"5-ci kolon”u Milli Məclisə oturdub və nökərçilik etdiyi qüvvələrə
yarınmaq üçün azərbaycanlıların dəyərlərinə toxunur”.
Bu fikirləri AĞ partiyanın sədri Tural Abbaslı BakiPost.az-a açıqlamasında Azərbaycan
Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin Rəsulzadə və
Elçibəy haqda sözlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, A.Əlizadə yaxasındakı üçrəngli bayrağa baxsın və Rəsulzadənin
nə yarada bildiyini xatırlasın:
"Bu adamın işi-peşəsi hər müsahibədə xalqın dəyərlərinə zərbə vurmaqdır.
Elçibəyçilik, türkçülük, millətçilik, Rəsulzadə irsi və s. mövzular gələndə
Araz Əlizadə özünü yaddan çıxarır və vətəndaşları birləşdirən ideologiyaya düşmənçilik
etməyə başlayır.
Daha doğrusu, sifariş yerinə yetirir. Rəsulzadə nə edibsə yaxasındakı üçrəngli
bayrağa baxsın və bilsin ki, onun kölgəsində yaşayır, dolanır”.
T.Abbaslı qeyd edib ki, Elçibəy A.Əlizadənin köləlik etdiyi Rusiyanın
işğalından azad olmaq üçün mübarizə aparıb: "Onun bu çıxışı həm də
hakimiyyət içində Qərbmeyilli qüvvələrlə ruspərəstlərin qarşıdurmasıdır. Bu
adam isə insanların ürəyini bulandırmağa çalışır. Belə qeyri-ciddi adamların hər
dediyinə fikir vermək lazım deyil”.
Qeyd edək ki, ASDP sədri "ölkə.az”-a müsahibəsində Rəsulzadə və Elçibəyi
yenə ilişib. A.Əlizadə deyib ki, Əbülfəz Elçibəy saxta seçkilərlə prezident
olmuşdu:
"Həmin vaxtı seçkilərdə rəhmətlik Nizami Süleymanov qalib gəlmişdi. Yadıma
gəlir, onun prezident seçiləcəyini heç kəs gözləmirdi.
Nizami Süleymanovun seçkilərdə uduzduğunu eşidəndə birtəhər olmuşdum. Amma təbii
ki, Nizami Süleymanov prezident olmağa Əbülfəz Elçibəydən daha layiqli idi”.
ASDP sədri bildirib ki, Heydər Əliyevlə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz
Elçibəy arasında müqayisə aparmaq qeyri-ciddilikdir:
"Məhəmməd Əmin Rəsulzadəni Heydər Əliyevlə bu cür müqayisə etmək olmaz.
Bu, doğru deyil. Hərənin tarixdə öz yeri var. Heç kəs heç kim yerini tutmur.
Bunları müqayisə edən şəxslərin özləri səfehdirlər. Ancaq Azərbaycan tarixində
Heydər Əliyevin müstəsna rolu və yeri var. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan
üçün nə edib, nə yarada bilib? Heç nə!
Amma Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradıb. Yenə də deyirəm ki, mən
bu şəxsləri müqayisə etmirəm. Çünki zaman və məkan tamam ayrı-ayrıdır”.
Demokratik.Az
