“Ər quyusu” təqdim olundu - FOTOLAR

  • 16 fev 2017, 15:53

Yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu "Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən "Ər quyusu” filminin təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan ilk nümayiş gününə sənət aləminin tanınmış simaları qatılıb. Qırmızı xalı üzərindən keçən filmin yaradıcı heyətinin həyəcanlı olduğu müşahidə edilib.

Ekran işində ərə getmək həvəsi ilə yaşayan obrazı canlandıran Ülviyyə Əliyeva evdəqalmış böyük bacını canlandırdığını, lakin sonra arzusuna çatdığını deyib.

Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, "Ər quyusu”nda əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva rol alıb.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.



 

Könül İbrahim,
Musavat.com,
Fotolar müəllifindir.
Oxşar xəbərlər