"Kurtlar Vadisi Pusu" geri qayıdır?

  • 07 dek 2016, 08:24

Türkiyə televiziya tarixinin ən çox davam edən seriallarından olan "Kurtlar Vadisi Pusu"nun ekranlara qayıtmayacağı barədə xəbərlər gündəmdədir.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serial yanvar ayından etibarən ekranlara qayıda bilər.

 

Məşhur serialın hələlik hansı telekanalda yayımlanacağı dəqiqləşməyib.

 

Qeyd edək ki, "Panafilm"in çəkdiyi mafiyalardan və dövlətin təhlükəsizlik qüvvələrinin onlarla mübarizəsindən bəhs edən bu film 13 ildir ekranlardadır. Polad Ələmdar adı ilə məşhur olan baş rolun ifaçısı Nəcati Şaşmaz və onun qardaşı Raci Şaşmazın bir sıra ölkələrdə, eləcə də, Azərbaycanda sevilən, bu ilin yayında sezon finalı nümayiş etdirilən filmi sentyabrda ekranlara qayıtmalı idi.

 

Demokratik.Az

Oxşar xəbərlər