Küsülü müğənnilərimiz barışdı: "Quran açdım..."

  • 06 dek 2016, 00:36

Əməkdar artist Elza Seyidcahanla müğənni Rəqsanə İsmayılova barışıb. Bu barədə Lent.az-a E.Seyidcahan xəbər verib. O bildirib ki, həmkarı ilə arasında olan inciklik yoluna qoyulub və barışıblar: "Yadınızdadırsa bu yaxınlarda müğənni Rəqsanə ilə aramızda anlaşılmazlıq olmuşdu. Veriliş zamanı psixoloqla danışan zaman Rəqsanənin adını "Rəkiş” deyə çağırmışdım. Yəni aramızda inciklik yaşanmışdı. Heç bir zaman kiminsə xətrinə dəymək istəməmişəm. Günlərin bir günü quran kitabını açırdım, həmin vaxt da Rəqsanə mənə zəng elədi. Quranı açdım və oxuduğum sözləri mesajla Rəqsanəyə yolladım. Daha sonra söhbət etdik, anlaşılmazlığı yoluna qoyduq”.

 

Xatırladaq ki, E.Seyidcahan verilişlərin birində açıqlama verək bildimişdi ki, Rəqsanə İsmayılova şou-biznesə dərəbəylik gətirib: "Rəqsanə kimiləri efirə çıxandan sonra özbaşınalıq oldu. Efirdə dalaşdılar, sponsor məsələləri müzakirə olundu. Bütün hamısı adət-ənənəmizə, tərbiyəmizə zidd olan hadisələrdir".

 

R.İsmayılovanın da əməkdar artistə cavabı belə olmuşdu: "Allah bizə ağıl, dərrakə verib. Elza anadır və iki övladı var, onu istəyən insanlar mövcuddur. Heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahımdandır. Heç kimdən nə çəkinirəm, nə də qorxuram. Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. Anamın fikirləri mənim üçün çox önəmlidir. Anam mənə dedi ki, bala, nə deyib, Allah canını sağ eləsin, boş ver, baş qoşma”.

Oxşar xəbərlər