Demokratik TV
ŞOU məşhurlarının şəxsi biznesi - SİYAHI
Azərbaycan şou-biznesinin bəzi tanınmış simalarının qazancı yalnız toy biznesindən gəlmir. Müğənnilərin bir qisminin şəxsi biznesləri də var.
Bizneslə məşul olan bəzi tanınmışları təqdim edirik:
Tanınmış şoumen Murad Dadaşovun "Cot’dAzur” adlı şirniyyat evi var. Burada qiymətlər tortun dizaynından asılı olaraq, 25 -35 manat arasında dəyişir. Bu məkanda nişan və ziyafət üçün 50 nəfərlik tort 300 manata başa gəlir.
Əməkdar artist Röya Ayxan "Först fəşn Lab” adlı yeni moda evi açıb. Peşəkar modelyer Sabina Hüseyn və onun komandası moda evində xanımlar üçün bir-birindən fərqli libaslar hazırlayır.
Müğənni İlqar Muradov "Fayton” restoranının sahibidir.
Xatirə İslam isə xınayaxdı mərasimləri təşkil edir. Burada qiymətlər 1500 manatdan başlayır. Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim 5000 manata başa gəlir.
Məşhurlarımızdan olan Xəyyam Nisanov isə "Litl Smayl” uşaq əyləncə mərkəzinin sahibidir.
"Bu şəhərdə”nin məçhur simaları Rafael və Coşqun "Bu şəhərdə” restoranının sahibidirlər.
Ölkənin ən uzunmüddətli musiqi qruplarından olan "Şeron”un solisti Ülvi "Abşeron” şadlıq evinin yiyəsidir.
Rəqqasə Fatimə Fətəliyevanın "Mon Amour” kampaniyası da xınayaxdı mərasimləri təşkil edir. Dekor, ansambl, çəkiliş, "haxışda” ifaçısı və Fatimənin aparıcılığı 2000 manata başa gələ bilər.
Şou-biznesin ən zövqlü kişi müğənnilərinin başında gələn Zamiq Hüseynov ZH kişi geyim dükanının sahibidir.
Müğənni Nüşabə Ələsgərlinin "Solmaz” qadın gözəllik salonu var.
Əkiz bacılar Sevil və Sevinc ötən günlərdə SS adlı ayaqqabı butiklərinin açılışını ediblər. Bacıların növbəti hədəfi yeni dırnaq salonu və ətir mağazası açmaqdır.
Rəqsanə İsmayılovanın ötən il fəaliyyətə başlayan gözəllik salonu indi kütləvi endirimlərə başlayıb. Hətta salonda gəlinin bəzədilməsi 100 manata qədər endirilib. Üstəlıik, müğənni Moskvada da şadlıq evi açıb.
Müğənni Ruhi "Emerald” zərgərlik evinin sahibidir.
Son günlərin ən qalmaqallı müğənnisi, əməkdar artist Abbas Bağırov ABA adlı şirniyyat evi açıb.
Müğənnilikdən öncə aşpazlıqla məşhur olan Niyam Səlami "Həsir” restoranına rəhbərlik edir.
Teleaparıcı Lalə Əlimuxtarova "Nargilə” çay evinin sahibəsidir.(a24.az)