Demokratik.az-ın yazısına təkzib və təhdid gəldi-təcili

  • 26 iyun 2016, 15:43
Dünən Demokratik.Az-da və "Gündəm Xəbər"qəzetinin son nömrəsində dərc olumuş • Gəncə Dövlət Dram Teatrında "anarxiya”başlıqlı yazı geniş əks-səda doğursa da yazıda adları yer alan bir neçə şair və yazıçının qəzəbindən yaxa qurtara bilməyib.Bu saatlarda yazı müəllifinə gələn təhdidedici zənglər isə öz-özlüyündə bəyənilməz əməllərini ictimaiyyətdən gizlətməyə çalışan Gəncə Dövlət Dram Teatrının direktorunun Osman Nərimanoğluna qarşı hücum təşkil etdiyini ortaya çıxaxır.Belə ki,bu gün günorta saatlarından etibarən teatr direktoru 10-dan çox ziyalını teatra toplayıb."Hadisə yerinə"toplananlar içərisində tanınmış yazıçı Sahib Axundov da var.Yazıda sonuncunun müəllifi olduğu”Sadığın Toyu”əsərinin tamaşaya qoyulması müqabilində müəllifdən 3000 manat pul alınması iddia olunub.Nəzərinizə çatdıraq həmin iddia bir neçə gün öncə Aztoday.Az saytında da yer alıb və müəllif yazını hazırlayarkən həmin sayta və konkret mənbənin məlumatına istinad edib.

Sahib Axundov özü  müəlliflə telefon əlaqəsi yaradaraq yazılanların yalan olduğunu,özünün"təhqir"olunduğunu və sözügedən əsərə görə teatrda heç kəsə pul vermədiyini bildirib.Yazılan 3000 manat iddiasını təkzib edib.Lakin jurnalistlə telefon danışığı zamanı ziyalı adına sığışmayan ədalı sözlərdən də istifadə edib.Digər adıçıkilən şair Aydın Murovdağlı isə qonarar ala bilməməsinə yalnız təssüflənibvə bu faktın tərəfimizdən ictimailəşdirilməsinin nədənsə əlehinə çıxıb.Gəncə Yazıçılar birliyinin sədri Xəzəngül Hüseynova da yazılanlarla razılaşmayıb.Xanım yazarın Demokratik.Az-a bildirdiyinə görə,onun məlum dram əsəri teatrda illər öncədən ssenariləşdirilib və buna görə kiməsə pul verməyib,əksinə uğur qazanmış əsərinə görə xanım yazıçının özünə pul verilməlidir.

Demokratik.Az olaraq adıçəkilənlərin dediklərini nəzərə alaraq,məlum yazıda Sahib Axundovun "Sadığın Toyu"əsərinin tamaşaya qoyulması müqabilində 3000 manat pul verməsi,Gəncə Yazıçılar birliyinin sədri Xəzəngül Hüseynovadan teatrın direktoru tərəfindən pul tələb edilməsi faktları üzrə təkzib verir və adıçəkilən şəxslərdən anlaşılmazlıqdan dolayı üzr istəyirik.

Demokratik.Az-ın mövqeyinə gəlincə,Gəncə Dövlət Dram teatrının sözügedən "Sadığın Toyu"əsərinin səhnələşdirilməsində pul marağı da deyil,əslində hansı marağın ortada olduğuna,həmin əsərin hansı səbəbdən, hansı qeyri-adi keyfiyyət göstəricisinə görə Əli Qasımovun təkidilə teatrda səhnələşdirilməsi sualına cavab axtaracaq.Dram teatrda tamaşa əsərlərinin seçilməsi qaydalarını araşdıracaq...  


Teatrın direktoru Əli Qasımov isə Demokratik.Az-ı və yazı müəllifini məhkəmə ilə hədələyərək heç bir halda hansısa əsərə görə heç bir şairdən və yazıçıdan pul almadığını bildirib.Evində bir il öncə baş verən oğurluq hadisəsindən,necə varlanmasından,rəhbəri olduğu teatrın xarici qastrol səfərlərindən və göstərilən digər faktlardan danışmayıb.Demokratik.Az olaraq qarşı tərəfin hər birinin fikirlərinə sayqı ilə yanaşırıq.Təhdid və hədələri isə qətiyyətlə pisləyirik...


Mövzu diqqətimizdədir...

 

Demokratik.Az

Oxşar xəbərlər