Əli Mirəliyev İlhamə Quliyevanın mirasından pay ummur?

  • 30 mart 2016, 21:37

Xalq artisti İlhamə Quliyevanın dayısı nəvəsi Sədaqət xanım mərhumun miras məsələsinə münasibət bildirib.



Onun Teleqraf.com-a açıqlamasına görə, xalq artistinin miras məsələsinə görə qohumlar arasında dava getmir: "Onun çox mədəni bacıları, xalası qızları var. İlhamə xanımın ana tərəfi çox mədəni insanlardır. Heç kim miras davası aparmır. Hamının başı cümə axşamalarına qarışıb.  İlhamə xanımın evində heç kim yaşamır. Qapı cümə axşamından sonra bağlanır. Ancaq üçüncü gün evin qapısı açılır, ev yığışdırılır, dördüncü gün isə yemək hazır formada gətirilir. Ehsanı Orxan və bacıları verir. 

Miras davası edən də yoxdur. Əli müəllimin mirasda heç bir iddiası ola bilməz. Əli müəllim dayısının kürəkənidir . İlhamə xanım ürək əməliyyatından sonra yad insanları yox, öz qohumlarını evə dəvət etməyə başldı. Evə Əli Mirəliyev, dayısı oğlu gəldi. Mən İlhamə xanımın dayısı nəvəsiyəm. Onun ev-eşiyini quran mənəm. 

Mən də düşünüm ki, İlhamə xanımın dayısı nəvəsiyəm, miras davası aparım, bu düzgün deyil axı. Onun vərəsəsi Orxandır və bacılarıdır. Hər biri çox mehribandırlar”. 
Oxşar xəbərlər