Canlı yayımda növbəti tərbiyəsizlik

  • 02 mar 2016, 19:49
ATV-də yayımlanan "Bizimləsən” verilişində qonaq olan müğənni Nazənin sürprizlə qarşılaşıb.

Azxeber.com-un məlumatına görə, canlı yayımlanan verilişə ifaçının nəvəsi Qəhrəman qatılıb: "Nənəmə hər zaman ana demişəm. Ona görə də nənə deməyə dilim gəlmir. Anamla paylaşmadıqlarımı nənəmlə paylaşmışam. Həyatda hər şeyimi nənəmlə bölüşürəm. Oxumaq üçün səsim var, amma özümə güvənmirəm. Ona görə də böyüyəndə cərrah olmaq istəyirəm”.

Verilişin aparıcısı Zaur Baxşəliyev isə müğənniyə qızının yoxsa oğlunun oğlu olması ilə bağlı sual verib və deyib: Bizim tərəflərdə bir məsəl var: oğlumun oğlu çaydan keçirər, qızımın oğlu isə ..."

Zaurun bu sözləri sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb, bu məsələnin sonunu tamamlayan istifadəçilər yazıb: Bu məsələni sonu belədir, oğlumun oğlu çaydan keçirər, qızımın oğlu isə barmaq. Zaur canlı yayımı məhəllə səviyyəsinə endirib. Bu adamın məqsədi nədir görəsən? Digər kanallarda ən xırda hala reaksiya verən, MTRŞ görəsən niyə susur?

Qeyd edək ki, Nazənin yaxın müddətdə ikinci dəfə nənə olacaq. Belə ki, ifaçının oğlu Fəxrəddin ata olmağa hazırlaşır.
Oxşar xəbərlər