Xəbər lenti
Bütün xəbərlər

Qan Turalıdan sərt ittihamlar

  • 27 may 2015, 20:12

 

Demokratik.Az elə dünən gənc qələmsahibi olan Qan Turalın yeni kitabının təqdimatı barədə məlumat vermişdik.Bu gün isə üzülərək xəbər alırıq ki, "Əli və Nino” mağazası yazarın"Doqquz hekayə” adlı kitabının satılmasına satmaqdan imkan yaratmır.Bu barədə yazarın özü məlumat verib.

Yazar Kulisə açıqlamasında bildirib: "Mən bu hərəkətə bir ad verməkdə çətinlik çəkirəm. Ədəbiyyata dünən gələn adam deyiləm. Dörd kitabım çıxıb. Və ona da əminəm ki, ilk kitabı çıxan gəncə daha çox qayğı, daha çox qiymət göstərmək lazımdır. "Mustafa” romanım "Əli və Nino” şəbəkəsinin ən çox satılan kitabı olub. Yəni mənim kitabımın satılmayacağını düşünmək olmaz. Bəs bu münasibət nəyin göstəricisidir?

Qan Turalıya bu cür münasibət göstərən mağaza bəs ilk kitabı çıxan gəncə hansı münasibət göstərir? Onun da kitabını satmaqdan, oxucu ilə münasibətə girməkdən məhrum edirsə bunun adı kitab satışı deyil. Bəs nədir? Kitabı inhisara almaq cəhdidir. Özü də çox gülməlidir. "Kitabı inhisara almaq”. Bunu fatehlər belə bacarmayıb.

Mən bütün yazıçıları bu inhisarçılığa, ədəbiyyatımıza qarşı bu hörmətsizliyə qarşı mübarizə aparmağa çağıram".

Demokratik.Az olaraq yazarın qarşılaşdığı problemin aradan qaldırılacağına inanırıq.

Oxşar xəbərlər