Xəbər lenti
Bütün xəbərlər

Qan Turalının “Doqquz hekayə” kitabının imza günü keçirilib

  • 25 may 2015, 12:15

İmza günündə yazıçılar, oxucular, ədəbi və ictimai mühitin nümayəndələri iştirak ediblər.

 

Yazıçılar - Əkrəm Əylisli, Baba Vəziroğlu, tənqidçi Rüstəm Kamal, Tehran Əlişanoğlu, tərcüməçi Vilayət Hacıyev və mərhum yazıçı Rafiq Tağının ailə üzvləri də tədbirə qatılıblar.

 

Mərasimdə Qan Turalı oxucularına "Doqquz hekayə”ni imzalı təqdim edib.

 

Qeyd edək ki, "Doqquz hekayə” yazıçının ikinci nəsr kitabıdır. Kitabda son illərdə yazılan hekayələr toplanıb. Mövzu və forma baxımından rəngarəng olan yeni nəşrə Qan Turalının "Prokurorun üç günü” adlı detektiv hekayəsi də daxil edilib.

 

"Doqquz hekayə” mərhum yazıçı Rafiq Tağının xatirəsinə ithaf olunub.

Demokratik.Az olaraq dəyərli qələm sahibindən yeni-yeni yaradıcılıq uğurları gözləyərik.

 

Demokratik.Az

 

 

 

 

Oxşar xəbərlər