Xəbər lenti
Bütün xəbərlər

Eldəniz Elgünün "Erməni psixologiyası" adlı kitabının imza günü keçirilib

  • 23 may 2015, 21:26
 

 

Bu gün jurnalist Eldəniz Elgünün "Erməni psixologiyası" adlı kitabının imza günü keçirilib.

 

Tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, media nümayəndələri də iştirak ediblər.

 

Qeyd edək ki, E. Elgünün "Erməni psixologiyası" kitabında erməni toplumunun dini baxışları, kişi və qadınlarının ayrı-ayrılıqda psixoloji sistemi bütün qabarıqlığı və detalları ilə açıqlanıb.

 

Bu kitab vasitəsilə erməni toplumunun alt və üst maraqlarını tamamilə öyrənmək olar: "Bir neçə əsrdir ki, türk toplumuna nifrətlə yanaşan ermənilərin əsl kimliyini heç vaxt öyrənməyə cəhd etməməyimiz çox ciddi problemdir. Amma "Erməni psixologiyası” bu istiqamətdə bir ilk olacaq və ermənilərin kimliyini ermənifobiyaya qapılmadan öyrənmək mümkün olacaq”.

 

Kitabın elmi redaktoru Azərbaycan Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevadır.

Oxşar xəbərlər