Çılpaq şəkilləri ilə gündəm olan Afaq Aslanın ata-anası professor imiş

  • 05 dek 2021, 11:32
Müğənni Afaq Aslanla müsahibəni təqdim edirik.(İxtisarla)
– Afaq xanım, sizi tanımayan bir adama özünüzü necə təqdim edirsiniz?
– Afaq Aslan deyəndə hamı bilir ki, söhbət kimdən gedir. Məncə, özümü təqdim eləməyə ehtiyac yoxdur.
– Tutaq ki, bir nəfər tanımadı...
– Müğənni Afaq Aslan! Beləcə də təqdim edərəm.
– Bilmək istəsə ki, harda doğulmusunuz, valideynləriniz nə işlə məşğuldur...
– Bakı şəhərində doğulmuşam. Orta və ali təhsilimi də Bakıda almışam. Bəzi müğənnilərdən fərqli olaraq mənim ali təhsilim də var. Elə müğənnilərimiz var ki, iki cümləni ard-arda qura bilmir. Amma məndə elə deyil. Atam fizika elmləri doktorudur, professordur, anam isə filoloqdur. Hər ikisi ali təhsil ocaqlarında dərs deyirlər.– Hansı ali təhsil ocağında?
– Onu açıqlamayım (gülür). Amma ikisi də dövlət universitetində dərs deyir.
– Valideynləriniz müəllimdir. Bəs sizə açıq-saçıq fotolarınıza görə irad bildirmirlər?
– İnsanın əxlaqı və tərbiyəsi heç də onun geyimi ilə ölçülmür. Yəni səhnə adamıyamsa, artıq ictimailəşmiş bir insanamsa, məni milyonlar izləyirsə və sənət naminə açıq-saçıq geyinirəmsə, bu, o demək deyil ki, əxlaqım və tərbiyəm yoxdur. Məni şəxsən tanıyanlar da yaxşı bilir ki, həyatda açıq-saçıq geyinən insan deyiləm. Hətta diqqət etsəniz, görərsiniz ki, heç efirlərə də açıq-saçıq geyinmirəm. Sadəcə olaraq elə bir fakturam var ki, bağlı da geyinsəm, gözəlliyim gözdən qaçmır...
– Özünüz hansı universiteti bitirmisiniz?
– İxtisasca memaram. Memarlıq və İnşaat universitetini bitirmişəm. Musiqi ilə lap uşaqlıqdan məşğul olmuşam. Ümumiyyətlə, mən musiqini heç vaxt ciddi sənətim kimi qəbul etmirdim. Həmişə buna hobbi kimi yanaşmışam və fikirləşirdim ki, mən memaram. Universitet illərində memar kimi fəaliyyət də göstərmişəm. Ancaq bu sahə məni cəlb eləmədi.publika.az
Oxşar xəbərlər