"Gəlin evə gələndə istədim özümü yığışdırım, alınmadı" - Əlikram

  • 14 noy 2021, 17:58
Müğənni Əlikram Bayramov “Tam vaxtıdır” verilişində qonaq olub.
Demokratik.Az "axşam.az"a istinadən xəbər verir ki, sənətçi proqramda qayınata olduqdan sonra həyatının daha gözəl olduğunu bildirib:
"Evə gəlin gətirəndə həyatım dəyişdi. Evimdə qız olmayıb, bir oğlum olub. Qayınata olmaq çox gözəl hissdir. Oğluma 3 gün toy etdim. Qonaqlar çox idi deyə, bir məkana sığdıra bilmədim. Gəlin evə gələndən sonra ab-havam dəyişdi.
Əvvəl deyib-gülən idim, istədim özümü yığışdırım, amma alınmadı. Gördüm ki, öz həyatımın cığırından çıxıram. Həyatda süni olub yaşamaqdansa, özün olub yaşamaq daha gözəldir".
Oxşar xəbərlər