Könül Xasıyeva keçmiş həyat yoldaşından danışdı: “Tək bir nəfəri sevmişəm”

  • 11 noy 2021, 14:44
"Qadın kimi doxsan faiz xoşbəxtəm. Tam xoşbəxtliyim üçün ailəmin bütöv olması lazım idi. Həyatımda tək bir nəfəri sevmişəm, o da ömür-gün yoldaşım olub".
Demokratik.Az bildirir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Bir dəqiqə" verilişində qonaq olarkən deyib. Xalq artisti hələ də övladının atasını sevdiyini etiraf edib:
"Ondan başqa heç kimi sevməmişəm. Hələ də onu sevirəm, son nəfəsimə kimi onu sevəcəm. O, özü də bunu bilir. Çünki o mənə Kazımı, oğlumu bəxş edib, heç bir zaman qəlbimə, xətrimə dəyməyib, aramızda heç bir inciklik olmayıb".
Oxşar xəbərlər