“Azad qadını fahişə kimi görürsüz” – Pərvin əsəbləşdi

  • 07 sen 2021, 15:59
"Girirsən İnstaqrama, parkın ortasında kişi arvadını bıçaqlayıb, ata oğlun öldürür, uşaq zorlanır. Oturub ağlayıram, qaçıram İnstaqramdan. Özümə nevroz deyirəm, amma bunları görürəm, insanlar daha çox nevrozudur. Uşaq dünyaya gətirməkdən qorxuram ki, sabah başına nə gələr. 16 yaşında oğlan özünü atdı kanala, sevgilisi 15 yaşında qız başqasına nişanlanıb. İki insanı bədbəxt etdilər. İnsanlar nə gündədir. Pisini görürsüzsə, yaxşını deyin”.
Bu sözləri aktrisa Pərvin Abiyeva instaqramda canlı yayımda deyib. O bildirib ki, ailə qurmaqdan qorxur:
“Azad qadını fahişə kimi görürsüz. İstədiyi kimi həyat yaşayan, rahat olan, dünya gəzən insanları fahişə kimi görürsüz. Dekolte geyinən qadınları fahişə kimi görürsüz... Əxlaqlı qadını biri alıb aparır, səhəri narkoman və ya içki içən ər qısqanclıqdan onu öldürür. Sonra da damğa vurur ki, başqası ilə yazışırdı. Baxın, əxlaqlı qadına ləkə yaxılan dövrdə yaşayırıq. Qadın ərə getmirsə, karyera sahibidirsə, sinəsi açıqdırsa, əxlaqsız görürsüz? Cəmiyyəti bunlarla korlamısınız. Hamı yox, dünyagörüşü az olan, kitab oxumayanlardır bunu edənlər. Məşhur olmayanda mən də kimisə qınamışam, lağ etmişəm. Son illər bunu etməməyə çalışıram, öz üzərimdə işləyirəm.
“Ərə get” deyirsiz, kimə gəldi gedim? Desinlər, Pərvin ərə getdi... "Desinlər" kəlməsi insan həyatını məhv edir. O gün uşağı ilə özünü atan qadına anası nə deyib? "Camaat nə deyər, otur, döz"... İndi hanı o qız? O "desinlər" deyənlər gəlib yasda ehsanı yeyib, şəklə baxıb gedir. Getmirəm ərə, hər şey ərə getmək deyil. Getdim, sabah ölüm xəbərimi eşitdiniz. Yaxşı kişilər də var. Allah o cür kişilərin canını sağlam etsin ki, qadını təhqir etmir, sərbəstlik verir. Demirəm heç vaxt ərə getməyəcəm. Sevib, özüm seçdiyim biri ilə ailə quracam".
Oxşar xəbərlər