Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: “Kaş sağ olardın... “

  • 03 sen 2021, 13:40
Bu gün Xalq artisti, məşhur aktyor Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. Bu münasibət ilə Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə paylaşım edib:

“Əvəzolunmaz sənətkarımızın bu gün 70 yaşı tamam olur. Kaş sağ olardın, 60 illik yubileyindəki kimi bu günü də doğmalarınla, əzizlərinlə bir yerdə qeyd edərdik. Amma səni hörmət və ehtiramla yad edirəm, əziz insan, Allah sənə rəhmət etsin. Məkanın cənnət olsun. Allah balalarını, yoldaşını, nəvəni qorusun”.
Xatırladaq ki, Xalq artisti Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də vəfat edib.
Oxşar xəbərlər