«Bizim Cəbiş müəllim» filmində intim və erotik səhnələr olub?

  • 03 iyun 2021, 13:35
Son dövrlər Azərbaycan filmlərində də bəzi erotik və intim xarakterli elə epizodlar var ki, tamaşaçı ötən əsrlərdə çəkilmiş, milli ovqatı daha çox olan kinoları, köhnə ssenariləri yada salır. Doğrudan da üstündən 10 illər keçsə də, Azərbaycan tamaşaçısı üçün bir çox kinolara marağı və sevgisi artır.
"Demokratik.Az"-ın məlumatına görə, SSRİ dönəmində çəkilən filmlər əslində mürəkkəb senzuradan keçsə də, bəzi hallarda həmin kinolarımızda da erotik səhnələrə rast gəlinib. Lakin, məsələn «Bizim Cəbiş müəllim» filmində sonluq üçün erotik səhnələr lentə alınsa da sonradan filmin əsas süjetindən çıxarılaraq efirə verilməyib.
Filmdə sözügedən səhnə hələ 4 il öncə sosial şəbəkələrdə "arvadının Cəbiş müəllimə arvadı alverçi qonşusu Əbülfəz ilə xəyanət etməsi" kimi müzakirə edilmişdi. Həmin eşq səhnəsini kino həvəskarı və təhqiqatçısı Füzuli Zülfüqarov paylaşmışdı. Burada qeyri-adi heç nə olmadığını da bildirmişdi.
Ekran işinin əsas qadın qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Xalq artisti Şəfiqə Məmmədova isə (2017-ci ilin fevralında) məlum açıqlamasında həmin məsələni aktuallaşdıranları səviyyəsiz adlandırmışdı:
SİTAT: "Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?
Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?".
Qeyd edək ki, sözügedən filmin adı əvvəl "O, əsgər deyildi" olubmuş, daha sonra dəyişdirilərək "Bizim Cəbiş müəllim" adlandırılıbmış.

Oxşar xəbərlər