Xəbər lenti
Bütün xəbərlər

Alim Qasımov turistlər üçün konsert verəcək

  • 13 may 2015, 19:19

Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov I Avropa Oyunları ərəfəsində Bakıda möhtəşəm konsert layihəsi həyata keçirəcək.

Bu barədə aznews.az-a sənətkarın özü məlumat verib. 

Onun sözlərinə görə, konsert Muğam Mərkəzində baş tutacaq.

"Konsert vermək üçün hazırlıqlar gedir, amma onun vaxt keçiriləcəyi dəqiqləşməyib. Bilirik ki, I Avropa Oyunları ərəfəsində Azərbaycana çoxlu turistlər gələcək. Onlar bizim ifamızı öz səhnələrində dinləyiblər, qoy bu dəfə də Azərbaycan səhnəsində dinləsinlər”,- deyə Alim Qasımov əlavə edib.