Xəbər lenti
Bütün xəbərlər

Murad Dadaşov: "Böyük oyunlar gedir" (FOTO)

  • 13 may 2015, 11:56
ANS TV-də yayımlanan "Maşın" realiti şousu daha gərgin daha bir buraxlışı ilə yadda qaldı. Şou başlayan gündən atamanlıq edən aktrisa Mehriban Xanlarova sanki ağzına su almışdı.


Bəlkə də onun belə sakitləşməsinə səbəb aparıcı Murad Dadaşovun məsləhətləri olmuşdu. "Mehriban xanım, siz insanları yaxşı tanımırsınız. Sizin şəklinizi qutuya atanlar əslində sizin səs toplaya bilməyəcəyinizə inanırdılar. Yəni hədəf siz idiniz..." demesi, Xanlarovanı daha taktikalı oynamağa vadar edib.

May ayının 11-də 3 iştirakçısı ilə eyni anda vidalaşan Murd bəy əlbətdə ki, bu vəziyyətə elə də şad deyildi. O ən çox pərəstişkar ordusuna sahib olan Ayügün Kazımovanı itirmişdi...

Aygün xanımın şounu tərk etməsi tamaşaçılar ilə yanaşı digər oyunçular üçün də gözlənilməz olub. Ondan sonra yerdə qalanlar mübarizəni uduzacaqlarına hazır kimi görünürdülər.

Mehriban Xanlarovanın səs toplayaraq xalq artistini şoudan uzaqlaşdırmadan öncə söylədiyi "Bu maşına sizdən çox mənim ehtiyacım var. Onun uğrunda necə lazımdırsa elə də mübarizə aparacağam", sözləri də onlarda ruh düşkünlüyü yaratmışdı. Hər halda müşahidələrə əsasən bunu demək olardı.

Amma "Maşın"nın tarixində sürprizlər də az olmayıb.

Daha bir maraqlı məqam isə M.Dadaşovun "boz kardinal" adlandırdığı şəxslə bağlıdır. Sirli iştirakçının növbəti günlərdə hansı taktikanı işlədəcəyi isə bəlli deyil.

Söhbət "boz kardinal"dan düşmüşkən, şoumen bir gün öncə verdiyi sözü tutmadı. O, oyunçulaçrı idarə edənin kim olacağını açıqlayacağına söz versə də, sözünü tutmadı.

Bu barədə ANS PRESS-in sualını da o cavabsız qoyub. "Mən hələ ad çəkə bilmərəm. Hələ ki, gözləyirəm, məqamı gələndə açıqlayacağam. Adını açıqlayacağım iştirakçı özünü çox təmkinlə aparır. Demək olar ki, danışmır. Müşahidə etmişəm ki, iştirakçıları gözü ilə idarə edir. Bircə onu deyə bilərəm ki, burada böyük oyunlar gedir".
Oxşar xəbərlər