"Pulları ütüləyib üst-üstə yığırdım" – Rəqqasə Fatimə

  • 25 yan 2021, 14:57
Rəqqasə Fatimə Fətəliyeva "Hüseynova bacıları" proqramında qonaq olub.
Fatimə karantində pulsuz qalmadığını bildirib:
"Bir gündə 13 toya gedirdim, aş təqdim edirdim. Evə gələndə artıq ayaqlarımı idarə edə bilmirdim. Balaca vaxtı yuxuya gedəndə arzular qururdum. Deyirdim, hansısa sahədə məşhur olacam, oldum da. Bir ildir toya getmirik. Düşünürdük ki, toy olmasa nə olacaq? Xına məclisi olmayanda da Allah mənə ruzi verirdi. Çətin zəmanədə yaşayırıq. Nə isə işdən bəhrə almaq üçün ona can qoymaq lazımdır".

Rəqqasə mal varlığından da danışıb:

"Pullarımı ütüləyib, üst-üstə yığmışam. Gətirib anama vermişəm, mənim üçün yığıb. İkiotaqlı ev almışam. Sonra onu satıb, daha böyüyünü almışam. Qazanıramsa, özümə layiq şərait düzəltməliyəm. Hamı elə bilir ki, Fatimə çox imkanlıdır. Bir bağım, bir evim, bir maşınım var. Qızımı ərə vermişəm, öz evi var. Oğlumu da evləndirib gəlin gətirəcəm və onlarla birlikdə yaşayacam"./ musavat.com/
Oxşar xəbərlər