Nisə Qasımova xərçəng xəstəliyinə tutulub

  • 16 sen 2020, 15:32
Xalq artisti, məşhur müğənni Nisə Qasımova xərçəng xəstəliyinə tutulub.

Bu barədə prodüser Tarix Əliyev (Tolik) "İnstagram" səhifəsində məlumat paylaşıb. O, xalq artistinin əməliyyat edildiyini bildirib:

“Bu gün səhər yenə də pis xəbər eşitdim. Gözəl sənətkarımız Nisə xanım Qasımova xərçəng xəstəliyindən əziyyət çəkirdi, əməliyyat olundu. Bu həftə içində həm Gülbahar xanım, həm də Nisə xanımdan bu cür xəbərlər eşitmək çox ağırdır, pisdir. Allah hər ikisinə şəfa versin, İnşallah. Rəbbim bu xəstəlikdən əziyyət çəkən hər bir kəsin köməyi olsun”.
Oxşar xəbərlər