Bəhram Bağırzadə palataya köçürülür - Cihazlar dayandırıldı

  • 26 iyul 2020, 09:47
"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırdır. Şikayəti yoxdur. Bədən hərarəti normaldır".

Demokratik.Az 
APA-ya istinadən xəbər verir ki,  bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib. 

"Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi, bir həftədən artıq müddətdə xəstənin traxeostoması qapalı saxlanılıb və bununla tənəffüsün təbii yolla olması təmin edilmişdi. Artıq buna tam əmin olduqdan sonra bu gün həmin traxeostomatik boru çıxarılıb. Yaxın günlərdə reanimasiya şöbəsindən adi palataya köçürülməsi nəzərdə tutulur".

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Oxşar xəbərlər