Nazpəri Dostəliyeva Məmmədbağırla gizli sevgisindən danışdı

  • 15 iyul 2020, 19:05
Xalq artisti Nazpəri Dostəliyeva “Ay Zaur” verilişində qonaq olub.
Yaraşıqlı xanım sənətçi mərhum əməkdar artist Məmmədbağır Bağırzadə ilə biri-birlərini sevdiyini açıqlayıb:
“Mən uşaqkən qadın toylarına gedirdim. Məmməbağır Bağırzadənin dörd-beş bacısı var idi. Hamısının qadın toylarını mən eləmişdim. O zaman toylara gedəndə hər kəs məni öz övladı ilə evləndirmək istəyirdi. Onda belə bir fikir Məmmədbağır Bağırzadənin ailəsində də yaranmışdı. Sonra  illər keçdi. Mən toylara getmədim. Bu sevgi Məmmədbağırın qəlbində qalmışdı. Mən ailə qurdum, onun da gözəl ailəsi oldu. Amma o sevgi unudulmaz sevgi idi. Onun da, mənim də ürəyimdə gizli sevgi kimi qaldı”.
Xalq artisti aparıcının “Bəs, niyə münasibətinizi açıqlaya bilmədiniz?” sualına: “Çünki hər iki tərəfdən razılıq olmadı. Sevgi onun həyatının sonuna və bu günə qədər hörmət, izzət kimi qalıb. O, mənə çox mahnılar həsr edib, “Naz-naz” və sair” – deyə, cavab verib.
Oxşar xəbərlər