Aysun əsəbləşdi: “Əcəb edib əməliyyat etdirmişəm”

  • 25 iyun 2020, 22:24
Müğənni Rəqsanə İsmayılovanın qızı, gənc ifaçı Aysun İsmayılova omba əməliyyatı keçirməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Aysun sosial şəbəkədə yayılan xəbərləri yalan adlandırıb.
O, bədənini korreksiya etdirdiyini açıqlayıb:
"Dərdiniz qurtarıb? Koronavirus nə vaxt bitdi, xəbərim olmadı. Yəni bu zaman bu qədərmi boş-bekarsınız. Heçmi probleminiz yoxdur? Mənim əməliyyat edib-etməməyimdən sizə nə? Sizə hesab verməliyəm? Əməliyyat etmişəmsə, əcəb eləmişəm. Ailəm və mən bilərəm. Başqa heç kimə dəxli yoxdur. Sirat körpüsündə mənim yerimə siz cavab verəcəksiniz? Arxamca danışan insanlara deyəcəyim bir söz var: can ağrısından və məcburiyyətdən nəsə etmişəmsə, başınıza gəlsin.
Bundan sonra bu söhbətə görə heç kim məni narahat etməsin".
Oxşar xəbərlər