Rəqsanə başını “ağrıdan” videoları kimə və neçəyə sildirib? - HƏMİN VİDEO

  • 22 iyun 2020, 11:18
Müğənni Rəqsanə İsmayılova daha bir qalmaqalla gündəmə gəlib.
Demokratik.Az xəbər verir ki, buna səbəb ifaçının fırıldaqçılıqda ittiham olunmasıdır. Belə ki, jurnalist Pərviz Hüseyn sosial media hesabında iddia edib ki, müğənni Vüqar adlı şəxsə “pul atıb”.
Statusda bildirilir ki, bir müddət əvvəl (iki ay öncəsində) insanlara yardım etmək üçün Dağıstana yollanan müğənni və həyat yoldaşı Fazilin dava kadrları sosial mediada sürətlə yayılıb. Onların başqa insanlarla dava etməsi və videolarda bir sıra rəsmi şəxslərin adının çəkilməsi R.İsmayılovaya “əngəl” törətdiyi üçün müğənni sözügedən kadrların “Youtube”dan sildirmək fikrinə düşüb.
O, Vüqar adlı şəxsə müraciət edib. Həmin şəxs isə Rəqsanəyə bildirib ki, 20 videonun internetdən silinməsinin qarşılığında 1000 manat pul alınacaq. Lakin Vüqarla razılığa gələn ifaçı aylardır həmin şəxsin nə zənglərinə, nə də SMS-lərinə cavab verir.
Daha sonra yazıda bildirilib ki, Rəqsanə böhtan ataraq Vüqara iki dəfə pul ödədiyini söyləyib.
Demokratik.Az olaraq söhbətin hansı viudeodan getdiyini bilirik və xatırladırıq ki, həqiqətən də Rəqsanənin özünün lentə alıb ictimailəşdirdiyi qalmaqal video yayımlandıqdan qısa zaman sonra "YOUTUBE"-də (müəlliflik hüququ) şikayət əsasında sildirilmişdi. Kanallara qarşı şikayətçi kimi isə nədənsə Azərbaycan Müəllif Hüquqları Agentliyi əsas götürülmüşdü.
Çəkilişdən aydın olurdu ki, müğənni və yaxınları soydaşlarımıza yardım məqsədilə Daıstana - Rusiya-Azərbaycan sərhədinə gəlir. Yardımı vermək istəyərkən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı kimi təqdim olunan şəxslə dava  edir. Səbəb rəsmi qurumun (səfirliyin) da yardımda adının çəkilməsini tələb etməsi olur.
Müğənni yardıma onların pul vermədiyini bildirir və haqlı olaraq da adlarını çəkməyəcəyini deyir. Bundan sonra həmin şəxs yardımın paylanmasına mane olmağa çalışır. Əraziyə polis çağırır. Tərəflər arasında əlbəyaxa dava həddində insidentin görüntüləri yalnız təəssüf doğurur. Səfirlik işçisi deyilən şəxs müğənninin həyat yoldaşına da hədə-qorxu gəlməyi yaddan çıxarmır.
Amma, video olayından və "Rəqsanəsayağı yardımsevərlik"dən o da bəlli oldu ki, bizim müğənnimiz özü də az aşın duzu deyilmiş...
Rəqsanə İsmayılovanın özünün çəkdiyi və sonradan sildirdiyi videofaktı yenidən təqdim edirik: 
Oxşar xəbərlər